5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub

19 Avqust 2024 15:23
Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub

Bakı, AzerVoice

Bakı. Trend:

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub.

AzerVoice xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli Vladimir Vladimiroviç. Hörmətli nümayəndə heyətlərinin üzvləri. Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram.

Dünən və bu gün artıq ikitərəfli gündəliyi nəzərdən keçirdik. Qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etdik və indi işimizi geniş tərkibdə davam etdiririk.

İlk növbədə, Sizi bir daha salamlamaq istərdim. Siz birinci dəfə deyil ki, Azərbaycana gəlirsiniz, amma ilk dəfədir dövlət səfəri edirsiniz və bu səfər ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir.

Bu gün Sizinlə artıq fikir mübadiləsi apardıq, dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdik. Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu, çox mətləblərdən xəbər verir. Yəni, qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir.

Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq.

Bir daha xoş gəlmisiniz.

Prezident Vladimir Putin çıxış edərək dedi:

-Dəvətə görə çox sağ olun. Siz də artıq qeyd etdiyiniz kimi, bizim hər iki tərəfdən geniş nümayəndə heyətimiz var. Rusiya Federasiyası Hökuməti demək olar ki, tam heyətdə buradadır.

Artıq Sizinlə qeyd etdik və xatırladıq ki, bu yaxınlarda, on gün əvvəl hökumətlərarası komissiyanın iclasında münasibətlərimizin inkişaf etdiyi bildirildi – təkcə bildirilmədi, həm də qeyd edildi ki, biz 2022-ci ilin müvafiq Bəyannaməsində təsbit olunmuş və Sizin cari ilin aprelində səfəriniz zamanı əldə olunmuş razılaşmaları tam həcmdə yerinə yetiririk.

Belə geniş tərkibdə iş bizə ən yaxın perspektivdə gələcəyə yönəlmiş addımları müəyyən etməyə imkan verir. Hərçənd, əvvəlki görüşümüz “məhdud tərkibdə” adlansa da tamamilə prioritet xarakterli bir sıra məsələlər tam nəzərdən keçirildi.

Biz hələ müvafiq sənədləri imzalamalıyıq, həmkarlar isə dünən axşam, bizim də Sizinlə etdiyimiz kimi, qeyri-rəsmi şəraitdə, bu gün isə artıq gün ərzində öz aralarında ünsiyyət qurmaq və ən yaxın perspektiv üçün addımları müəyyənləşdirmək imkanı əldə etdilər.

Beləliklə, Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun.

https://youtu.be/j5nZjBpBvnU

Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında geniş tərkibdə görüşü olub
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.