4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar

28 May 2025 12:41
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

AzerVoice xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib.

Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur.

Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq.

Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.

Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək.

Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Xəbər yenilənəcək

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

15:21
Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

09:19
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Rəsmi Xronika

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

3 Sentyabr 11:25
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb
Rəsmi Xronika

Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

3 Sentyabr 11:18

Son Xəbərlər

Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.