5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

ÜST Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu yaxınlarda əldə edilmiş razılaşma münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sülhü nifaqdan üstün tutmaq cəsarəti təqdirəlayiqdir və bu, Sizin regionun firavanlığına və sabitliyinə olan sadiqliyinizi yüksək səviyyədə nümayiş etdirir.

16 Avqust 2025 10:34
Baku
ÜST Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

BAKI, AzerVoice

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu yaxınlarda əldə edilmiş razılaşma münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sülhü nifaqdan üstün tutmaq cəsarəti təqdirəlayiqdir və bu, Sizin regionun firavanlığına və sabitliyinə olan sadiqliyinizi yüksək səviyyədə nümayiş etdirir. Bu əhəmiyyətli hadisə təkcə münasibətlərin normallaşması istiqamətində mühüm addım deyil, həm də dünyada sülhə zəmin yaradan daha sabit və harmoniyanın mövcud olduğu region vəd edir.

Çətinliklərə baxmayaraq, dialoqa və diplomatiyaya sadiqliyiniz qətiyyətli liderliyinizin göstəricisidir. İmzalanmış bəyannamə hər iki ölkənin vətəndaşlarına ümid verməklə yanaşı, qlobal miqyasda münaqişələrin həlli üçün müsbət nümunədir. Bu sənəd Azərbaycan və Ermənistan vətəndaşlarının rifahına təsir edən mühüm məsələlərin həllində səmərəli əməkdaşlığa gətirib çıxara bilər.

Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə tərəfdaşlığın gücləndirilməsi Azərbaycanın qlobal səhiyyədə liderlik rolunu artıra bilər. Yoluxucu və qeyri-infeksion xəstəliklərin müalicəsi, ana və uşaq sağlamlığının yaxşılaşdırılması kimi ümumi sağlamlıq məsələlərinə yönələn birgə səylər təkcə Azərbaycan üçün deyil, həm də daha geniş beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər.

Bu əlamətdar nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm. Sülh və sabitliyə doğru gedən yolda Sizə davamlı uğurlar arzulayıram. Qlobal sağlamlığın qorunması istiqamətində Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.