8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirdi. Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik etdi. Qonaq, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırdı.

8 Oktyabr 2025 13:03
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzerVoice xəbər verir ki, Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik etdi. Qonaq, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırdı.

Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğuladı. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edən qonaq dostluq qrupları ilə yanaşı, müxtəlif parlament komitələri arasında da əməkdaşlığın vacibliyinə toxundu.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi.

Xorvatiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi vurğulandı.

Görüşdə ikitərəfli münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi bildirildi, enerji, sərmayələr, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırıldı, ölkələrimizin beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu.

Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.