4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

6 Noyabr 2025 12:09
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

AzerVoice xəbər verir ki, NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladı.

O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğuladı.

Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd etdi və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını dedi.

Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxundu.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Dövlətimizin başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulandı, Silahlı Qüvvələrimizin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirildi, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edildi.

Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunuldu, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirildi.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olundu, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

15:21

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.