5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Cənab Prezident, Əziz Qardaşım. Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə xalqım adından və öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu şanlı Zəfərdən sonra həyata keçirilən sülh prosesi çərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşma ilə nəticələnəcəyinə ümid edirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun rifahına xidmət edəcək və Qafqazın qlobal siyasətdə strateji əhəmiyyətini daha da artıracaqdır.

7 Noyabr 2025 14:34
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

BAKI,AzerVoice

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə xalqım adından və öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu şanlı Zəfərdən sonra həyata keçirilən sülh prosesi çərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşma ilə nəticələnəcəyinə ümid edirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun rifahına xidmət edəcək və Qafqazın qlobal siyasətdə strateji əhəmiyyətini daha da artıracaqdır.

Azad edilmiş vətən torpaqlarının sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyiş təqdirəlayiqdir. Bu əlamətdar günün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir.

"Bir millət, iki dövlət" prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir.

Güclü təməl üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və bütün sahələrdə nümayiş etdirdiyimiz xüsusi əməkdaşlıq regional sülhün, etimadın və sabitliyin ən vacib sütunlarından birinə çevrilmişdir.

Şübhəsiz ki, Sizin müdrik rəhbərliyinizlə can Azərbaycanın əldə etdiyi nailiyyətlər bundan sonra da regionumuzun çiçəklənməsinə əhəmiyyətli töhfələr verəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost və qardaş Azərbaycan xalqına xoş günlər və rifah arzulayıram".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.