5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

12 Dekabr 2025 10:45
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

BAKI,AzerVoice

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

AzerVoice xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevə Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

x x x

Azərbaycanın dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətləri bütöv bir epoxanı özündə ehtiva edir. Onun dahiyanə siyasi uzaqgörənliyi, dövlət quruculuğu sahəsində atdığı addımlar, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən qərarları xalqımızın yaddaşında silinməz iz buraxıb. Ulu Öndərin hakimiyyəti illərində ölkəmizin sabitliyə qovuşması, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi Azərbaycanın gələcək yüksəlişini təmin edən əsas dayaqlara çevrildi.

Xalqımız ağır və taleyüklü dönəmlərdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını dərin minnətdarlıqla xatırlayır. Məhz onun rəhbərliyi illərində Azərbaycan qarşılaşdığı təhlükələrdən xilas oldu, milli özünüdərk gücləndi, müstəqilliyimizin əbədiliyi üçün möhkəm təməllər qoyuldu. Hər il dekabrın 12-də və mayın 10-da minlərlə insanın Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməsi xalqın dahi övladının xatirəsinə əbədi ehtiramının və sədaqətinin bariz ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın azad edilməsi idi. Onun bu arzusu illər sonra öz layiqli davamçısı tərəfindən həyata keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və əzmkarlığı nəticəsində Ordumuz tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və kəndlərimizdə ucaldıldı.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, həmçinin gələcəyə olan inamını əks etdirir. Azad olunan torpaqlarda yeni həyatın başlanması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının davamlılığının və uğurla həyata keçirilməsinin göstəricisidir.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu bu gün də ölkəmizin siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edir. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırıb, ölkəmizi bölgədə mühüm tərəfdaş və güclü dövlətə çevirib. Dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiə olunması, təhlükəsizlik və inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsi dahi Heydər Əliyev idealarının yaşayaraq inkişaf etdiyini göstərir.

Qəti şəkildə demək olar ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq olacaq, onun müəyyənləşdirdiyi inkişaf yolu ölkəmizi daha böyük uğurlara doğru aparmaqda davam edəcək.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.