9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlandı. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

5 May 2026 14:00
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

BAKI,VOA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

VOA xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlandı.

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirdi.

Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirildi.

Dövlətimizin başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.

Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək, ölkəmizin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxundu.

Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulandı, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.