6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

28 May 2026 14:30
Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib

BAKI,VOA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.

VOA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Qeyd edək ki, “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün geniş vergi, gömrük və sosial güzəştlər tətbiq olunur.

Xəbər yenilənəcək

Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib Prezident İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.