5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb. Məktubda Prezident Əliyevə və Azərbaycan xalqına tərəqqi, xoşbəxtlik və rifah arzulandığı vurğulanıb. Silyanovska-Davkova həmçinin qarşıdakı dövrdə siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərin davam etdiriləcəyini bildirib. Məktubda Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişafına sadiqlik və beynəlxalq təşkilatlarda birgə iştirakla qlobal sülh və stabilliyə töhfə verilməsinə inam ifadə olunub. Eyni zamanda, Prezident Əliyevə ölkəyə səfər etmə arzusu ilə yüksək ehtiramını çatdırıb. Bu addım iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsini və əməkdaşlığın gələcəkdə genişləndirilməsini simvolizə edir.

5 İyun 2026 19:27
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

BAKI,VOA

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə məktub ünvanlayıb.

VOA xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah arzularımı çatdırım.

Əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi əlaqələrimizi daha da möhkəmləndirməyə, həmçinin təhsil, mədəniyyət, turizm və enerji sahələrində əməkdaşlığı genişləndirməyə yönəlmiş birgə təşəbbüslər vasitəsilə ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edəcəyik.

Dünyanın üzləşdiyi geosiyasi çətinliklər dövründə beynəlxalq təşkilatlarda iştirakımızla qlobal sülhə və sabitliyə birgə töhfə verəcəyimizə qəti şəkildə inanıram.

Zati-aliləri, bu inamla və Sizin ölkəmizə səfər etməyiniz arzusu ilə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.