7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika Neft və qaz
Neft və qaz

2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq - Beynəlxalq Enerji Agentliyi

BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalan hissəsinə boru kəməri ilə nəql olunan qaz tədarüklərinin 2024-cü ilki göstəricilərə yaxın olacağı gözlənilir, digər yandan Şimali Afrika və Azərbaycandan idxalın mülayim artım göstərəcəyi proqnozlaşdırılır. Bu əlavə tədarüklər 2026-cı ilin iyul ayında Türkiyə ilə müqavilənin baş çatmasından sonra Rusiya və İrandan boru kəməri qazı idxalının azalmasını qismən kompensasiya edəcək.

23 Yanvar 2026 12:45
2026-cı ildə Azərbaycandan Avropaya qaz ixracı artacaq - Beynəlxalq Enerji Agentliyi
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə 2026-cı ildə Azərbaycandan Avropa ölkələrinə qaz ixracı artacaq.

AzerVoice bu barədə agentliyə istinadən məlumat verir.

BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalan hissəsinə boru kəməri ilə nəql olunan qaz tədarüklərinin 2024-cü ilki göstəricilərə yaxın olacağı gözlənilir, digər yandan Şimali Afrika və Azərbaycandan idxalın mülayim artım göstərəcəyi proqnozlaşdırılır. Bu əlavə tədarüklər 2026-cı ilin iyul ayında Türkiyə ilə müqavilənin baş çatmasından sonra Rusiya və İrandan boru kəməri qazı idxalının azalmasını qismən kompensasiya edəcək.

2025-ci ildə Rusiya qazının Avropa İttifaqına boru kəməri ilə tədarükü Ukrayna vasitəsilə tranzitin dayandırılması səbəbindən 45% (təxminən 13 milyard kubmetr) azalmış, eyni zamanda ilin ilk 11 ayında Türkiyəyə ixrac illik ifadədə 2% artmışdır. Avropanın tələbində Rusiya boru qazının payı təxminən 8% təşkil edib. Şimali Afrikadan tədarük 4% azalıb, Azərbaycandan Avropa İttifaqına ixrac isə 2% aşağı düşmüşdür.

BEA proqnozlaşdırır ki, 2026-cı ildə Avropada mayeləşdirilmiş təbii qaz (MTQ) idxalı artmaqda davam edəcək və hətta rekord səviyyə olan 185 milyard kubmetri də ötə bilər. Bu, əsasən anbarların doldurulmasına olan tələbin artması və Ukraynaya boru kəməri ilə qaz tədarüklərinin artması ilə əlaqədardır.

"Azərbaycanın əmtəəlik qaz istehsalı 2025-ci ilin ilk 11 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1% (0,5 milyard kubmetr) artıb. Bu artım qismən Türkiyəyə tədarükün 4% (0,4 milyard kubmetr) yüksəlməsi hesabına təmin olunub" - deyə BEA bildirir.

Ümumilikdə, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkə 51,5 milyard kubmetr təbii qaz istehsal edib. Bunun 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqları blokunda, 27,9 milyard kubmetri "Şah Dəniz" yatağında, 1,6 milyard kubmetri "Abşeron" yatağında, 7,9 milyard kubmetri isə SOCAR-ın güclərində hasil olunub. Ötən il qaz ixracı 25,2 milyard kubmetr olub, o cümlədən 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (bunlardan 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3 milyard kubmetr Gürcüstana və 0,5 milyard kubmetr Suriyaya ixrac edilib.

Məqalədə: #Azərbaycan #Avropa #Beynəlxalq Enerji Agentliyi #Azərbaycan qaz ixracı #Avropaya qaz tədarükü #Avropa enerji bazarı #təbii qaz istehsalı Azərbaycan #TANAP boru kəməri #mayeləşdirilmiş təbii qaz (MTQ) #Avropa İttifaqının qaz tələbi #enerji təhlükəsizliyi Avropa #Rusiya qaz tədarükünün azalması

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp
Digər Dövlətlər

Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

3 Sentyabr 20:06

Son Xəbərlər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.