7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Tehran və Ankaranın maraqları toqquşur - Rufiz Hafizoğlu

23 Yanvar 2024 10:32
Tehran və Ankaranın maraqları toqquşur - Rufiz Hafizoğlu

Bakı. AzerVoice:

Tehran və Ankaranın maraqları toqquşur.

AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu İran prezidenti İbrahim Rəisinin yanvarın 24-də Türkiyəyə reallaşacaq səfərini şərh edərkən deyib.

Rufiz Hafizoğlu vurğulayıb ki, bölgədə ciddi proseslər baş verir, ona görə də Rəisinin Türkiyə səfəri gözlənilən idi.

"İranla Türkiyə arasında qarşılıqlı münasibətlər, iqtisadi əlaqələrin gücləndirilməsi məsələləri də səfər çərçivəsində müzakirə predmeti olacaq. Amma əsas müzakirə mövzusu olaraq bölgədə baş verən, xüsusən də Yaxın Şərqdəki proseslər, İranın İraq və Pakistan ərazisini bombalaması, terrora qarşı birgə mübarizə məsələləri gündəmə gələcək. İran Türkiyə münasibətləri o qədər də bəsit deyil", - deyə o bildirib.

R.Hafizoğlu onu da qeyd edib ki, iki ölkə arasında münasibətlər nə qədər sabit görünsə də, lakin hər zaman Tehran və Ankaranın maraqları toqquşur.

"İran şiə amilindən istifadə edərək bölgədə öz mövqeyini gücləndirməyə çalışır. Tehranla Ankaranın regionda bir-birindən asılı olmayaraq fərqli Yaxın Şərq siyasəti var. Kiçik dövlətlər özlərinin Yaxın Şərq siyasətini iki dövlət üzərindən aparır ki, bunlar da Türkiyə və İrandır. Heç bir halda nə İran, nə də Türkiyənin ortaq Yaxın Şərq siyasəti olmayacaq. Siyasətdə ümumiyyətlə, kiminsə başqasının tərəfinə keçməsi anlamı yoxdur. Türkiyənin öz, İranın da öz maraqları var. Yəni, burada iki ölkə arasında ortaq Yaxın Şərq siyasətinin olması mümkün deyil. Düzdür, maraqlar zaman-zaman üst-üstə düşə bilər. Lakin bu heç də tərəflərdən hansısa birinin digərinin tərəfinə keçməsi anlamına gəlməməlidir”, - deyə siyasi şərhçi əlavə edib.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

Xatırladaq ki, Rəisi Türkiyəyə yanvarın 4-də səfər etməli idi. Lakin həmin vaxt səfər İranın Kerman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salındı. 

Məqalədə: #Türkiyə #İran #Rufiz Hafizoğlu #İbrahim Rəisi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.