12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

COP29-un qardaş ölkədə keçirilməsi bizi sevindirir - Türkiyəli nazir

COP29 çərçivəsində bir sıra görüşlərimiz baş tutacaq, indi isə COP29-dakı Türkiyənin "Sıfır Tullantı" mövzusunda hazırlanan stendini ziyarət etdik. Bu qədər böyük bir tədbirin qardaş ölkə Azərbaycanda keçirilməsi və bu konfransı yüksək səviyyədə təşkil etməsi bizi sevindirir.

18 Noyabr 2024 14:25
COP29-un qardaş ölkədə keçirilməsi bizi sevindirir - Türkiyəli nazir

Bakı, AzerVoice

COP29 çərçivəsində bir sıra görüşlərimiz baş tutacaq, indi isə COP29-dakı Türkiyənin "Sıfır Tullantı" mövzusunda hazırlanan stendini ziyarət etdik. Bu qədər böyük bir tədbirin qardaş ölkə Azərbaycanda keçirilməsi və bu konfransı yüksək səviyyədə təşkil etməsi bizi sevindirir.

AzerVoice xəbər verir ki, bunu jurnalistlərə COP29 konfransı çərçivəsində Türkiyə Respublikasının təhsil naziri Yusuf Tekin Türkiyə pavilyonunu və Yaşıl zonada yerləşən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Sıfır Tullantı" mövzusunda hazırlanan stendi ziyarət edərkən deyib.

"Bu dünya hər birimizindir. Dünyanı gələcək nəsillərə sağlam şəkildə miras qoya bilmək üçün hər birimizin üzərinə məsuliyyət düşür. Hazırda yaşadığımız dünyada uşaqlarımız və nəvələrimizin də haqqı var. COP29 da məhz bu mövzulara diqqət çəkməyi hədəfləyib.

Konfrans çərçivəsində dünyada sülhü, azadlığı və təbiətdən istifadə mövzusundakı problemlərə birlikdə həll yolu tapa bilərik", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə: #Yusuf Tekin

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.