14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

PKK-nın tərksilahı İsrailin maraqlarına təhdiddir - İsrail mətbuatı

5 Mart 2025 16:14
PKK-nın tərksilahı İsrailin maraqlarına təhdiddir - İsrail mətbuatı

Bakı, AzerVoice

İsrail mətbuatı PKK-nın silahlarını yerə qoymasının və təşkilatın dağılmasının İsrailin Suriyadakı maraqlarına ciddi təsir edə biləcəyini yazıb.

AzerVoice xəbər verir ki, Haaretz qəzeti bu prosesin Suriya və Türkiyə arasında güc balansını dəyişdirəcəyini və İsrailin bölgədəki mövcudluğuna meydan oxuya biləcəyini vurğulayıb.

“Əgər Moskva yerinə Türkiyə Suriya hava məkanına nəzarət etsə, İsrailin bu ölkədəki əməliyyatları çətinləşə bilər”, – deyə təhlildə bildirilib.

İsrail mətbuatı PKK lideri Abdullah Öcalanın təşkilatın silahı yerə qoyması çağırışını bölgədə siyasi və hərbi vəziyyəti dəyişdirən amil kimi qiymətləndirib. The Jerusalem Post qəzeti Türkiyənin PKK-nın çağırışa məhəl qoymayan hissəsinə qarşı genişmiqyaslı əməliyyatlara başlaya biləcəyini yazıb.

"PKK/YPG-nin ABŞ-ın dəstəyini itirməsi onu Suriya hökuməti ilə razılaşmağa məcbur edə bilər", – deyə Yedioth Ahronoth qəzeti qeyd edib.

Kanal 14 isə hadisələrin Şimali İraq və Suriyaya böyük təsir göstərəcəyini və bölgədə yeni mərhələnin başlandığını vurğulayıb.

İsrail mətbuatında PKK-nın dağılmasının Türkiyənin Suriyanın şimalındakı təhlükəsiz bölgələrdən çəkilməsinə səbəb ola biləcəyi və bunun İsrailin Suriyanın cənubundakı mövqeyini beynəlxalq təzyiqlər qarşısında zəiflədə biləcəyi bildirilib.

Bundan əlavə, DEM Partiyasının nümayəndə heyəti Abdullah Öcalanın PKK-nın özünü buraxması və silahı yerə qoyması çağırışını oxuyub, bu isə bölgədə yeni siyasi proseslərin başlanğıcı kimi qiymətləndirilir.

Məqalədə: #İsrail #PKK #PKK-nın silahları yerə qoyması #Abdullah Öcalanın çağırışı

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.