15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Azərbaycanın Avropaya qaz ixracı iki dəfə artacaq - Bayraktar

3 Aprel 2025 09:25
Azərbaycanın Avropaya qaz ixracı iki dəfə artacaq - Bayraktar

BAKI, AzerVoice

Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırmaq niyyətində olduğunu və bu məqsəd üçün infrastrukturun tam hazır vəziyyətdə olduğunu bildirib.

AzerVoice xəbər verir ki, nazir Bayraktar Azərbaycanın rəsmi AZTV kanalına verdiyi açıqlamada, Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki əməkdaşlığının dünyaya nümunə olduğunu qeyd edib.

O, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin dünya bazarına gündə 700 min barel neft çıxardığını və bunun qlobal enerji bazarında balans yaratdığını vurğulayıb.

Bayraktar, Xəzər dənizindən çıxarılan qazın TANAP və TAP boru kəmərləri vasitəsilə Avropaya nəql edildiyini və bu infrastrukturun 2027-ci ilə qədər Azərbaycanın qaz ixracını iki dəfə artırmağa imkan verəcəyini bildirib. O, Xəzərdə qaz hasilatına yatırımların artırılmasının vacibliyini vurğulayaraq, Türkiyənin həm böyük bir təbii qaz bazarı olduğunu, həm də artan sənaye və əhali səbəbilə uzunmüddətli qaz tədarükü öhdəliklərini yerinə yetirəcəyini bəyan edib.

İzmirdə keçiriləcək IV Azərbaycan-Türkiyə Enerji Forumuna toxunan Bayraktar, burada İğdır-Naxçıvan təbii qaz boru kəmərinin də müzakirə ediləcəyini bildirib. Onun sözlərinə görə, bu layihə Naxçıvanın qaz təminatını gücləndirəcək və regional enerji təhlükəsizliyinə töhfə verəcək. Forumda hökumətlərarası görüşlər keçiriləcək, həmçinin enerji sektoruna sərmayə qoymaq istəyən xarici şirkətlər də dəvət olunacaq.

Bayraktar Azərbaycanın bərpa olunan enerji potensialına da diqqət çəkərək, Xəzər dənizinin dənizüstü külək enerjisi sahəsində qeyri-adi potensiala malik olduğunu bildirib. O, yaşıl enerjinin bazara və istehlakçılara çatdırılmasının vacibliyini vurğulayıb və artıq bu sahədə yeni layihələrin gündəmdə olduğunu açıqlayıb.

Qeyd edək ki, nazir Bayraktar COP24 konfransında müzakirə olunan “Yaşıl Enerji Dəhlizi” layihəsinə də toxunaraq, Türkiyə, Gürcüstan, Bolqarıstan və Azərbaycanın birgə enerji layihələrini genişləndirmək niyyətində olduğunu bildirib. Cənub Qaz Dəhlizinə paralel olaraq elektrik enerjisi xəttinin əlavə olunması ilə Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı yeni bir mərhələyə qədəm qoyacaq.

Məqalədə: #Türkiyə #Azərbaycan #TANAP #TAP #enerji #qaz ixracı #Bakı-Tbilisi-Ceyhan neft kəməri #İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri

Mövzu üzrə digər xəbərlər

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

14 Sentyabr 15:02
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.