8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

HƏMAS atəşkəs istəmir - Benyamin Netanyahu

2 Sentyabr 2024 09:53
HƏMAS atəşkəs istəmir - Benyamin Netanyahu

Bakı, AzerVoice

Netanyahu altı girovun ölümündən sonra HƏMAS-ın "atəşkəs istəmədiyini" iddia etdi

 AzerVoice xəbər verir ki, bazar günü İsraildən verilən açıqlamada Qəzza zolağında keçirilən əməliyyat zamanı 6 girovun cəsədinin tapıldığı bildirilib. Girovların İsrail qüvvələrinin gəlməsindən bir qədər əvvəl öldürüldüyü iddia edilib.

HƏMAS-ı girovları "soyuqqanlıqla" öldürməkdə günahlandıran Netanyahu İsrailin hesab soruşacağını bildirib.

Girovların ölü tapılması baş nazir Benyamin Netanyahuya qarşı kütləvi etirazlara səbəb olub. İsrail vətəndaşları Qəzzada yeni bir müharibənin başladığı oktyabrdan bəri girovların sağ qaytarılmasını və bu məqsədlə HƏMAS ilə danışıqların aparılmasını tələb edirdi.

Sözügedən girovlardan beşi HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadaları tərəfindən oktyabrın 7-də Əqsa Tufanı əməliyyatı zamanı İsrailin cənubunda keçirilən musiqi festivalında əsir götürülüb. Altıncı girov isə yaxınlıqdakı Be'eri əkinçilik icmasından qaçırılmışdı.

Girovların azad edilməsi ilə bağlı mümkün razılaşma üzrə danışıqlar aylardır davam etsə də, girovların qohumları Netanyahunu atəşkəs danışıqlarında istəksiz davranmaqda ittiham edirlər.

İsrail ordusu bildirib ki, cəsədlər Qəzzanın cənubundakı Rəfah şəhərində keçən həftə daha bir girovun sağ-salamat xilas edildiyi yerdən təxminən bir kilometr uzaqlıqdaki bir tuneldən çıxarılıb.

"İlkin məlumata görə, onlar HƏMAS terrorçuları tərəfindən biz onlara çatmazdan qısa bir müddət əvvəl vəhşicəsinə öldürülüb", - hərbi sözçü kontr-admiral Daniel Hagari mətbuata açıqlamasında deyib.

HƏMAS müharibənin dayandırılması, İsrail qüvvələrinin çıxarılması və yüksək rütbəli əsgərlər da daxil olmaqla, çoxlu fələstinli əsirlərin azad edilməsi qarşılığında girovları azad etməyi təklif etmişdi.

HƏMAS-ın yüksək rütbəli rəsmilərindən olan İzzat ər-Rişq girovların ölümündə İsrail və ABŞ-ı günahlandırıb. Rişk İsrailin HƏMAS-ın iyul ayında qəbul etdiyi atəşkəs təklifini qəbul etmədiyini, təklifə əməl edilsəydi, girovların hələ də sağ qalacağını bildirib.

Qeyd edək ki, Oktyabrın 7-də ümumilikdə 250-yə yaxın girov götürülüb. Bazar günü altı girovun cəsədi tapılmamışdan əvvəl İsrail rəsmiləri Qəzzada 108 girovun hələ də saxlandığına və onlardan təxminən üçdə birinin öldüyünə inandıqlarını açıqlamışdı.

Noyabr ayında bir həftə davam edən atəşkəs zamanı İsrail tərəfindən həbs edilən fələstinlilərin azad edilməsi müqabilində 100-dən çox girov azad edilmişdi.

Onu xatırladaq ki, İsrailin daha əvvəl girovları xilas etmək üçün keçirdiyi iki əməliyyatda çoxlu fələstinli həyatını itirmişdi. HƏMAS isə İsrailin hava hücumları və uğursuz xilasetmə cəhdləri nəticəsində çoxlu sayda girovların öldüyünü bəyan edib.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #HƏMAS

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.