12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Azərbaycan COP29-da öz prezidentinin uğuruna güclü inanmaqdadır - Ceyhun Bayramov

28 Sentyabr 2024 10:55
Azərbaycan COP29-da öz prezidentinin uğuruna güclü inanmaqdadır - Ceyhun Bayramov

Bakı, AzerVoice

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində təşkil olunan İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş qeyri-rəsmi nazirlər dialoqunda iştirak və çıxış edib.

XİN-dən AzerVoice-ə bildirilib ki, nazirlər dialoqunda, həmçinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iştirak və çıxış edib.

Eyni zamanda, tədbirə müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, habelə COP29 üzrə danışıqçılar qruplarının üzvləri qatılıb.

Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın COP29 sədrliyi fəaliyyəti, prioritet və təşəbbüslərindən, habelə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırıması istiqamətində aparılan danışıqlar prosesindən ətraflı bəhs olunub.

COP29 sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində ölkəmizin inklüzivlik və əməkdaşlıq çərçivəsində prosesin bütün maraqlı tərəfləri ilə yaxından çalışdığı diqqətə çatdırılıb. İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlbinin vacibliyini nəzərə alaraq, özəl sektor, habelə çoxtərəfli maliyyə institutlarının iştirakı ilə bütün resursları səfərbər etməyin və Qlobal Cənubun iqlim dəyişikliyinə qarşı mübarizə səylərinin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının prosesin ən vacib elementlərindən biri olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə danışıqlarda iştirak edən bütün tərəfləri konstruktiv mövqe sərgiləyərək bəşəriyyətin qarşısında duran iqlim dəyişikliyi təhdidi ilə mübarizə istiqamətində səylərin səfərbər edilməsinə çağırış edib.

COP29 sədrliyimizin 14 əsas təşəbbüs və bəyanlar ilə müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına fokuslandığı bildirilib. İqlimə əsaslanan inkişafın dəstəklənməsi yanaşmamızın, xüsusilə ən həssas təbəqələri nəzərə aldığı vurğulanıb.

Nazirlər dialoqu, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə müzakirələrin aparılması ilə davam etdirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən İqlim Maliyyəsi üzrə Yeni Ümumi Kəmiyyət Hədəfi (NCQG) üzrə Nazirlərin Qeyri-formal Dialoqunda çıxış edib.

AzerVoice xəbər verir ki, nazir bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gün Baş Assambleyanın 79-cu sessiyası çərçivəsində keçirilən İqlim Maliyyəsi üzrə Yeni Ümumi Kəmiyyət Hədəfi (NCQG) üzrə Nazirlərin Qeyri-formal Dialoqunda çıxış etməkdən məmnunam.

Bu cür qarşılıqlı təsirlərin köməyi ilə NCQG də daxil olmaqla, bütün ən fundamental və aktual məsələlərin həllindən çox asılı olan prezidentliyimizin uğuruna güclü inanmaqdayıq.

Prosesin məsuliyyətini öhdəmizə götürmək və sürətli bir şəkildə hərəkətə keçmək üçün vicdanla hərəkət etmək prioritetimiz olmalıdır", - nazir qeyd edib.

XİN-in “X” səhifəsində də nazirin çıxışı ilə bağlı paylaşım yerləşdirilib.

Qeyd edilib ki, C.Bayramov çıxışında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) diqqətin ədalətli və məqsədyönlü nəticələrin əldə olunması üçün iqlim maliyyəsi məsələsinə yönəldilməsinin vacibliyindən danışıb.

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərə və aparılan müzakirələrə toxunan nazir bu kimi addımların iqlim maliyyəsi və digər vacib məsələlərin həllinə verdiyi töhfələrdən bəhs edib.

Xəbər yenilənəcək

Azərbaycan COP29-da öz prezidentinin uğuruna güclü inanmaqdadır - Ceyhun Bayramov
Məqalədə: #Ceyhun Bayramov

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.