12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır - Sevil Mikayılova

25 Aprel 2025 15:13
Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır - Sevil Mikayılova

BAKI,AzerVoice

Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülh və dayanıqlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır.

Bunu Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Millət vəkili qeyd edib ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaq hüququnun beynəlxalq hüquq və tarixi ədalət nöqteyi nəzərindən qanuni əsasları var. Bu hüquqların təmin edilməsi üçün siyasi iradə, diplomatik səylərə və beynəlxalq dəstəyə ehtiyac var.

Onun sözlərinə görə, XXI əsrdə azərbaycanlıların müasir Ermənistan ərazisindən üç böyük deportasiya dalğası olub.

“1918-1920, 1947-1950 və 1988-1989-cu illərdə deportasiyaya məruz qalmış azərbaycanlıların repatriasiya tələb etmək üçün tam hüquqi əsasları var. Birincisi, əsas beynəlxalq insan hüquqları normaları pozulub. İkincisi, deportasiya faktı etnik zəmində idi və zorakılıq xarakteri daşıyırdı. Üçüncüsü, Qərbi azərbaycanlıların bu əraziyə bağlılığına dair sənədli və hüquqi sübutlar mövcuddur. Bu isə restitusiya (mülkiyyətin qaytarılması və ya təzminat) barədə hüquqi iddialar üçün əsas verir”, - deyə S. Mikayılova bildirib.

Deputat vurğulayıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir insanın öz vətəninə qayıtmaq hüququ var və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt bu hüquqdan əsassız olaraq məhrum etməni bilavasitə qadağan edir. Bu qaydalar sırf etnik mənsubiyyətə görə həyata keçirilən deportasiyaların beynəlxalq öhdəliklərə zidd olduğunu təsdiqləyir.

"Ermənistandan deportasiya edilən etnik azərbaycanlılarla bağlı həm məcburi qovulma faktları, həm də regiona mənsubluğu ilə bağlı sübutlar, o cümlədən daşınmaz əmlak sənədləri, qəbiristanlıqların, məscidlərin, məktəblərin xəritələri mövcuddur ki, bu da azərbaycanlıların əsrlər boyu bu torpaqlarda kök saldığını göstərir", – deyə deputat bildirib.

S.Mikayılova yekunda qeyd edib ki, azərbaycanlıların Qərbi Azərbaycana repatriasiyası məsələsi Cənubi Qafqaz regionunda tapdalanan hüquqların bərpasını və dinc yanaşı yaşama şəraitinin təmin edilməsini nəzərdə tutur.

"Azərbaycan dövləti soydaşlarımızın hüquqlarının beynəlxalq standartlarda nəzərdə tutulduğu kimi tanınmasına və təmin edilməsinə çalışır. Qərbi Azərbaycana qayıdış regionda ədalətli sülhün və davamlı təhlükəsizliyin təmin edilməsi prosesinin bir hissəsi olmalıdır", - deyə Sevil Mikayılova fikirlərini tamamlayıb.

Məqalədə: #Qərbi Azərbaycan #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.