5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Türk dövlətləri KKTC ilə əlaqələrə önəm verir - Yıldırım

1 May 2025 10:17
Türk dövlətləri KKTC ilə əlaqələrə önəm verir - Yıldırım

BAKI, AzerVoice

Türk Dövlətləri Təşkilatının Aksakallar Şurası Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) toplanır.

AzerVoice xəbər verir ki, bəzi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Cənubi Kipr Rum Administrasiyasına səfir təyin etməsindən sonra TDT-nin Aksakallar Şurasının toplantısının 2 may tarixində Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilməsi qərara alınıb.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Türkmənistan son aylar Cənubi Kipr Rum Administrasiyasına səfir təyin edərək bu ölkədə rəsmi diplomatik təmsilçilik qurublar. Bu addımlar Aİ ilə Mərkəzi Asiya ölkələri arasında aprelin 4-də keçirilmiş birinci sammitə qədər baş tutub.

Mövzunu şərh edən TDT Aksakallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, son hadisələr fonunda şuranın iclasının KKTC-də keçirilməsi qərarı verilib. Onun sözlərinə görə, bu, Türk dövlətlərinin KKTC-yə verdiyi önəmin göstəricisidir.

Sözügedən dövlətlər müstəqillik əldə etdikləri dövrdə Cənubi Kipr Rum Administrasiyasını tanıyıblar. İndi isə həmin ölkələr Kiprdəki diplomatik fəaliyyətlərini birbaşa rəsmi nümayəndəliklər vasitəsilə həyata keçirməyə başlayırlar.

Eyni dövlətlər KKTC-nin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi qəbul edilməsini dəstəkləyiblər. Bu, KKTC ilə münasibətlərə verilən əhəmiyyətin təsdiqidir.

Yıldırım qeyd edib ki, 2 mayda keçiriləcək iclasa Macarıstandan başqa bütün üzv ölkələrin nümayəndələri qatılacaq. Onun sözlərinə görə, Macarıstanın toplantıda iştirak etməməsi, Avropa İttifaqının üzvü olaraq Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasının mümkün reaksiyalarından ehtiyat etməsi ilə izah olunur.

Qeyd edək ki, Avropa İttifaqı son dövrlərdə Yunanıstan və Kipr Rum Administrasiyasına dəstəyini gücləndirib. Təşkilat bu ölkələrə verilən maliyyə yardımları və diplomatik təşəbbüslərlə Şərqi Aralıq dənizi regionunda təsirini artırmağa çalışır. Bəzi müşahidəçilər bu dinamikanı Türkiyə və Türk dövlətlərinin Aİ ilə münasibətlərində yeni mərhələyə keçmək istəyi fonunda strateji manevr kimi qiymətləndirirlər.

Məqalədə: #Türkiyə #Türk Dövlətləri Təşkilatı (TDT) #KKTC #Binəli Yıldırım #Aksakallar Şurası toplantısı #Cənubi Kipr Rum Administrasiyası #TDT diplomatik münasibətlər #Türk dövlətləri Kipr siyasəti #Macarıstanın TDT toplantısında iştirakı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.