12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Türk ticari sərigisi Türk dövlətləri iş dünyasının ən böyük sərgisidir - Aygün Əliyeva

23 May 2025 12:48
Türk ticari sərigisi Türk dövlətləri iş dünyasının ən böyük sərgisidir - Aygün Əliyeva

BAKI,AzerVoice

Türk ticari sərigisi Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Şimali Kipr, Türkmənistan və Macarıstan arasında ticarət, investisiya, texnologiya və bu kimi xidmətləri inkşaf etdirmək və bu xidmətləri marketinqin digər yönlərində asanlaşdırmaq məqsədi daşıyan, səkkiz ölkənin dövlət qurumları tərəfindən dəstəklənən Türk dövlətləri iş dünyasının ən böyük sərgisidir.

AzerVoice xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi"nin mətbuat konfransında çıxışı zamanı deyib.

O, bildirib ki, sərgidə 11 ölkə iştirakçı olaraq, 20-dən çox ölkə isə ziyarətçi qismində çıxış edəcək.

Qeyd edək ki, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunan Türk Ticarət Sərgisi 2025-ci il iyunun 10-dan 12-dək Baku Expo Center-də keçiriləcək.

Sərgi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası kimi ölkələrin iştirakı ilə baş tutacaq.

Sərginin əsas məqsədi türk dövlətləri arasında ticarət, sənaye, texnologiya, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirmək və yeni bazarlara çıxış imkanlarını artırmaqdır.

Sərgi proqramı konfranslar, B2B (ikitərəfli işgüzar görüşlər), françayzinq müzakirələri, expo ziyarətləri və Bakı turu kimi müxtəlif tədbirləri əhatə edəcək. Əlavə olaraq, sərgi çərçivəsində “Türk Dövlətlərinin İqtisadi Gücü və Yatırım Fırsatları”, “Türk Dünyasında Qadın Sahibkarlığı”, “Türk Dünyasında Françayzinq və Markalaşma” kimi tematik panellər də təşkil ediləcək.

Sərgidə şirkətlər üçün ödənişli və ödənişsiz iştirak imkanları təklif olunur. Ödənişli xidmətlərə stend qurulması, tərcümə və turizm xidmətləri daxildir. Eyni zamanda sərginin ana sponsoru olmaq imkanı da mövcuddur. Sponsor paketləri 8.000$-dan başlayaraq 70.000$-a qədər dəyişir.

Qeyd edək ki, Türk dövlətlərinin ümumi əhalisi 178 milyon nəfəri, iqtisadi böyüklüyü isə 1.9 trilyon ABŞ dollarını ötür. Bu ölkələr arasında daxili ticarət dövriyyəsi də getdikcə artır. Ən çox ixrac olunan məhsullara neft, qaz, maşın və elektronika, kənd təsərrüfatı məhsulları, tekstil və qida məhsulları daxildir.

Məqalədə: #Türk Dövlətləri Təşkilatı (TDT) #Türk dünyası #Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi #Türk dünyasında birgə əməkdaşlıq #Türk Ticarət Sərgisi #Baku Expo Center #Aygün Əliyeva

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.