5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

İsrailin etdikləri beynəlxalq səviyədə cinayətdir - Yılmaz

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz İsrailin Qəzzaya yardım aparan Madleen gəmisinə hücumunu beynəlxalq hüquqa zidd və qanunsuz adlandırıb.

11 İyun 2025 10:14
İsrailin etdikləri beynəlxalq səviyədə cinayətdir - Yılmaz

BAKI, AzerVoice

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz İsrailin Qəzzaya yardım aparan Madleen gəmisinə hücumunu beynəlxalq hüquqa zidd və qanunsuz adlandırıb.

AzerVoice xəbər verir ki, gündəmdəki məsələləri şərh edən Yılmaz, hadisəni “İsrail cinayət siyahısına daha bir qanunsuz müdaxilə əlavə etdi” sözləri ilə qiymətləndirib.

O bildirib ki, bu hərəkət beynəlxalq sularda piratlıq aktıdır və Netanyahu administrasiyası öz soyqırımı siyasətini davam etdirir. Onun sözlərinə görə, bölgədə atəşkəs təmin edilməli, Fələstin xalqına davamlı humanitar yardım göstərilməli və BMT qətnamələrinə əsaslanan iki dövlətli həll yolu gerçəkləşdirilməlidir.

"Türkiyənin İsraillə ticarəti varmı?" sualına cavab olaraq Yılmaz “Fələstinlilərə sual versinlər: onları ən çox dəstəkləyən lider və ölkə kimdir? Ən doğru cavabı elə onların özlərindən alacaqlar”- deyə bildirib.

Qeyd edək ki, “Azadlıq Donanması Koalisiyası (Freedom Flotilla Coalition)” adlı vətəndaş cəmiyyəti təşkilatının Qəzzaya tətbiq olunan blokadanı yararaq bölgəyə yardım çatdırmaq məqsədilə həyata keçirdiyi son missiya çərçivəsində 18 metrlik gəmi 1 iyun tarixində İtaliyanın Kataniya şəhərindəki San Covanni Li Kuti Limanından Qəzzaya doğru yola çıxmışdı.

“Madleen” gəmisindəki aktivistlər, İsrail ordusunun müdaxiləsi halında sülhsevər mövqe tutacaqlarını və müqavimət göstərməyəcəklərini əvvəlcədən bəyan etmişdilər.

İsrail ordusu Qəzzaya tətbiq olunan blokadanı pozmaq məqsədi daşıyan “Madleen” gəmisinə müdaxilə etmişdi.

Gəmidə Avropa Parlamentinin fransız üzvü Rima Hassan və Almaniya vətəndaşı Yasemin Acarla yanaşı, Türkiyədən Hüseyn Şüayb Ordu, Braziliyadan Tiago Avila, İspaniyadan Serxio Toribio, Niderlanddan Marko van Rennes, Fransadan Baptist Andre, Reva Viard, Paskal Muriéras və Yanis Mhamdi, İsveçli iqlim fəalı Qreta Tunberq və jurnalist Omar Faiad daxil olmaqla 12 nəfər olub.

Məqalədə: #Türkiyə #İsrail #Cevdet Yılmaz #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #BMT #Qəzzə və İsrail arasındakı gərginlik #İsrail və Qəzza münaqişəsi #Azadlıq Donanması Koalisiyası #Madleen gəmisi yardım missiyası

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

20:34

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.