10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Fələstin xalqının hüquqları beynəlxalq hüququn və insanlığın tələbidir - Tunç

Türkiyənin ədalət naziri Yılmaz Tunç bildirib ki, Fələstin xalqının legitim hüquqlarının qorunması beynəlxalq hüququn, regional sülhün və insanlığın əsas tələblərindən biridir. O qeyd edib ki, "harada baş verərsə versin ədalətsizlik, bütün dünyada ədalətə qarşı bir təhdiddir". Nazir Tunç bu fikirləri Maltanın paytaxtı Valettada keçirilən Avropa Şurasının Ədalət Nazirləri Konfransı çərçivəsində "1959-dan Rəqəmsal Dövrə: Rəqəmsal Vasitələrlə Ədli Əməkdaşlığın Modernləşdirilməsi" mövzusunda keçirilən iclasda səsləndirib.

19 Sentyabr 2025 15:11
Fələstin xalqının hüquqları beynəlxalq hüququn və insanlığın tələbidir - Tunç

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Fələstin xalqının legitim hüquqlarının qorunması beynəlxalq hüququn, regional sülhün və insanlığın əsas tələblərindən biridir.

AzerVoice xəbər verir ki, nazir Tunç bu fikirləri Maltanın paytaxtı Valettada keçirilən Avropa Şurasının Ədalət Nazirləri Konfransı çərçivəsində "1959-dan Rəqəmsal Dövrə: Rəqəmsal Vasitələrlə Ədli Əməkdaşlığın Modernləşdirilməsi" mövzusunda keçirilən iclasda səsləndirib.

Tunç çıxışında bildirib ki, Qəzzada yaşanan hadisələr sadəcə bölgəni deyil, beynəlxalq hüququ da ciddi şəkildə sınağa çəkir, “Qəzzada günahsız sivillərlə birlikdə insanlıq da ölür. 7 oktyabr 2023-dən bu yana 65 mindən çox insanın öldürüldüyü bir yerdə insan hüquqlarından danışmaq mümkündürmü?”

Tunç həmçinin əlavə edib ki, bu şəraitdə uşaq, qadın və mətbuat azadlığı kimi dəyərlərdən danışmaq qeyri-mümkündür və beynəlxalq təşkilatlar bu məsələdə effektiv addımlar atmalıdır.

Nazir qeyd edib ki, hazırda beynəlxalq hüququn təsiri Qəzzada iflic vəziyyətdədir.

“Qətliamlar və soyqırım beynəlxalq qurumların təsirini zəiflədir, hüququ işləksiz hala gətirir. Bu isə beynəlxalq hüquqa olan etimadı sarsıdır.” - deyə Tunç qeyd edib.

Tunç konfrans iştirakçılarına səslənərək bildirib ki, ədalətə, hüquqa, demokratiyaya və insan hüquqlarına inanan insanlar bu haqsızlığa səssiz qalmamalıdır.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #Türkiyə Ədliyyə Nazirliyi #Yılmaz Tunc #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Fələstin insan haqları #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
20:45
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.