5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Qəzzada atəşkəsin təminatı üçün beynəlxalq əməkdaşlıq zəruridir - Kallas

Avropa Birliyi (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının uğur qazanması üçün beynəlxalq dəstəyin vacib olduğunu və Birliyin üzərinə düşəni etməyə hazır olduğunu açıqlayıb. Kallas Amerikanın X sosial media platformasında paylaşımında bu gün Yaxın Şərqdə “nadir görülən bir ümid anı”na şahidlik edildiyini qeyd edib.

13 Oktyabr 2025 14:25
Qəzzada atəşkəsin təminatı üçün beynəlxalq əməkdaşlıq zəruridir - Kallas

BAKI, AzerVoice, Nailə Babazadə

Avropa Birliyi (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının uğur qazanması üçün beynəlxalq dəstəyin vacib olduğunu və Birliyin üzərinə düşəni etməyə hazır olduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, Kallas Amerikanın X sosial media platformasında paylaşımında bu gün Yaxın Şərqdə “nadir görülən bir ümid anı”na şahidlik edildiyini qeyd edib.

İsrailli girovların azad olunmasını diplomatiyanın böyük uğuru və sülh yolunda “çox önəmli dönüm nöqtəsi” adlandıran Kallas, Qəzzada sülhün təmin olunmasının “son dərəcə mürəkkəb” olacağını vurğulayıb.

Atəşkəs planının uğur qazanması üçün beynəlxalq dəstəyin zəruri olduğunu bildirən Kallas, AB-nin bu sahədə üzərinə düşəni etməyə hazır olduğunu deyib.

AB-nin Refah Sərhəd Keçidindəki Sərhəd Yardım Missiyasının (EUBAM) 15 oktyabrda fəaliyyətə yenidən başlayacağını qeyd edən Kallas, bu missiyanın atəşkəsi dəstəkləməkdə önəmli rol oynaya biləcəyini vurğulayıb.

AB Komissiyası sədri Ursula fon der Leyen də X sosial media platformasında paylaşımında, israilli girovların azad olunmasının “yeni bir səhifənin açılması” demək olduğunu bildirib və Avropanın ABŞ, Qatar, Misir və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən atəşkəs planına tam dəstək verdiyini qeyd edib.

Fon der Leyen “Bugün Şarm əl-Şeyxdə müharibənin sona çatdırılması ilə bağlı razılaşmanın yekunlaşması tarixi dönüm nöqtəsi olacaq. Bu razılaşmanın uğuruna əlimizdə olan bütün vasitələrlə dəstək verməyə hazırıq. Xüsusilə Fələstin idarəçiliyinin islahatı və idarəetmə sahəsində yardım göstərməklə” ifadələrini işlədib.

AB-nin Fələstin üçün qurduğu donor qrupunda fəal rol oynayacağını bildirən fon der Leyen, həmçinin Qəzzanın yenidən qurulması üçün vəsait təmin edəcəklərini vurğulayıb.

Refahdakı EUBAM missiyası 31 yanvarda İsrail ilə HƏMAS arasında atəşkəs razılaşması əldə olunandan sonra yenidən fəaliyyətə başlamışdı.

İsrailin Refah Sərhəd Keçidini bağlamasından sonra 18 martda bir sıra AB Komissiya üzvlərinin birgə açıqlamasında missiyanın heyət göndərə bilmədiyi və vəziyyəti izləmək üçün bölgədə qaldığı bildirildi.

AB 26 iyunda EUBAM və EUPOL COPPS missiyalarının fəaliyyət müddətini 30 iyun 2026-cı ilədək uzatma qərarı verib.

Qeyd edək ki,ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə davam edən danışıqlarda İsrail ilə HƏMAS-ın Qəzzədə atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi.

Danışıqların keçirildiyi Misirdə razılaşma imzalanarkən, İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrın ilk saatlarında razılaşma qüvvəyə minib.

İsrailin Qəzza zolağına 8 oktyabr 2023-dən atəşkəs razılaşmasına qədər keçən müddətdə keçirdiyi hücumlarda 67 min 682 nəfər həlak olub, 170 min 33 nəfər yaralanıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Avropa İttifaqı (Aİ) #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Kaja Kallas

Mövzu üzrə digər xəbərlər

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

20:34
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.