5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Türkiyənin enerji təhlükəsizliyi və tədarükündə heç bir problem yoxdur - Alparslan Bayraktar

Alparslan Bayraktar Fransanın paytaxtı Parisdə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində ölkənin enerji strategiyası və gələcək layihələri barədə mühüm açıqlamalar verib.

11 Mart 2026 10:40
Türkiyənin enerji təhlükəsizliyi və tədarükündə heç bir problem yoxdur - Alparslan Bayraktar

BAKI, VOA, Nailə Babazadə

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Fransanın paytaxtı Parisdə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində ölkənin enerji strategiyası və gələcək layihələri barədə mühüm açıqlamalar verib.

VOA xəbər verir ki, nazir bildirib ki, Türkiyə hazırda enerjini çox fərqli mənbələrdən təmin edir və enerji arzı ilə bağlı hər hansı bir çətinlik müşahidə olunmur. Qlobal bazarlarda neft və təbii qaz qiymətlərinin, habelə tədarük təhlükəsizliyinin müzakirə edildiyi bir dövrdə nüvə enerjisinin əhəmiyyətini vurğulayan Bayraktar, Türkiyənin iqtisadi müstəqilliyinin birbaşa enerjidə müstəqillikdən keçdiyini qeyd edib. O, həmçinin vətəndaşları neft qiymətlərindəki artımdan qorumaq üçün tətbiq edilən xüsusi sistemlərin əhəmiyyətinə toxunaraq, Türkiyənin enerji sektorunun Kovid-19 və Rusiya-Ukrayna müharibəsi kimi böhranlar zamanı öz dözümlülüyünü sübut etdiyini xatırladıb.

Türkiyənin nüvə enerjisi sahəsindəki hədəfləri barədə danışan nazir Bayraktar Akkuyu Nüvə Güç Santralında inşası davam edən dörd reaktora əlavə olaraq daha səkkiz böyük miqyaslı reaktoru istifadəyə verməyi planlaşdırdıqlarını açıqlayıb. Bu yeni reaktordan dördünün Sinopda, digər dördünün isə Trakyada inşa edilməsi nəzərdə tutulur. Eyni zamanda Türkiyənin Kiçik Modulreaktör (SMR) texnologiyasına da böyük maraq göstərdiyini bildirən nazir, bu istiqamətdə Cənubi Koreya, Kanada və Fransa kimi ölkələrlə aktiv danışıqların aparıldığını qeyd edib. Akkuyu layihəsi çərçivəsində yüzlərlə gənc mütəxəssisin yetişdirildiyini və onların artıq fəaliyyətə başladığını vurğulayan Bayraktar, bu insan resursunun Türkiyənin yeni nüvə dövründə ən böyük gücü olacağını bildirib.

İqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin həlledici rol oynadığını qeyd edən nazir Türkiyənin enerji strategiyasının əsasını bərpa olunan mənbələrin maksimum səmərəliliklə istifadəsinin təşkil etdiyini vurğulayıb. Türkiyənin öz gəmiləri ilə Aralıq və Qara dənizdə neft və təbii qaz axtarışlarını qətiyyətlə davam etdirildiyini bildirən Bayraktar, 2035-ci ilə qədər ölkədəki elektrikli vasitələrin sayının 6 milyona çatdırılmasının hədəfləndiyini açıqlayıb. Hazırda Türkiyədə elektrikli avtomobillərin sayının 400 mini keçdiyini və 30 mindən çox şarj stansiyasının fəaliyyət göstərdiyini deyən nazir, artan elektrik tələbatını qarşılamaq üçün nüvə və bərpa olunan enerji layihələrinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Yaxın Şərqdə baş verən gərginliklərin Türkiyənin nüvə layihələrini daha da sürətləndirəcəyinə ümid etdiyini bildirən Bayraktar, Türkiyənin uzunmüddətli enerji planlarında siyasi sabitliyin və liderlik iradəsinin həlledici amil olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Türkiyənin enerji strategiyası anlıq inkişaflara görə deyil, uzunmüddətli hədəflər üzərində qurulub və bu hədəflərin reallaşdırılması üçün beynəlxalq əməkdaşlıqlar davam etdirilir. Fransız şirkətləri ilə Akkuyu layihəsində avadanlıq tədarükü və müstəqil audit sahəsində işbirliyinin olduğunu xatırladan Bayraktar, yeni nüvə stansiyaları üçün də fərqli ölkələrlə diplomatik və texniki müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Məqalədə: #Fransa #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Rusiya-Ukrayna münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb
Texnologiya

Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

28 Avqust 22:18

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.