6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

İranın ABŞ-ın regiondan çıxması tələbi tamamilə qeyri-realdır - Rufiz Hafizoğlu

İran ətrafında baş verən siyasi və hərbi proseslər artıq yalnız diplomatik müzakirələrlə məhdudlaşmır, eyni zamanda regionun təhlükəsizlik balansına da ciddi təsir göstərir.

20 Aprel 2026 21:01
İranın ABŞ-ın regiondan çıxması tələbi tamamilə qeyri-realdır - Rufiz Hafizoğlu

BAKI,VOA

İran ətrafında baş verən siyasi və hərbi proseslər artıq yalnız diplomatik müzakirələrlə məhdudlaşmır, eyni zamanda regionun təhlükəsizlik balansına da ciddi təsir göstərir. ABŞ və İran arasında aparılan dolayı danışıqlar bir neçə mərhələyə baxmayaraq, hələlik gözlənilən nəticəni verməyib. Xüsusilə sanksiyaların yumşaldılması və regional təsir dairələri ilə bağlı fikir ayrılıqları tərəflər arasında razılaşmanı çətinləşdirir. Rəsmi açıqlamalarda dialoqun davam etdiyi bildirilsə də, prosesdə real irəliləyişin olmadığı müşahidə olunur. Bu vəziyyət isə ekspertlər tərəfindən regionda gərginliyin yenidən artması ehtimalı kimi qiymətləndirilir.

VOA xəbər verir ki, bu barədə siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, danışıqların baş tutacağına və ümumiyyətlə hər hansı effektiv nəticə verəcəyinə inanmayıb. Politoloqun sözlərinə görə, bunun müxtəlif səbəbləri var idi və ən başlıcası İranın irəli sürdüyü tələblərlə bağlıdır.

Rufiz Hafizoğlu qeyd edib ki, dünya mediasında və bəzi dairələrdə bu proses “İran tələblərini irəli sürdü, ABŞ və İsrail geri çəkilməyə məcbur oldu” kimi təqdim olunurdu. Ekspertin fikrincə, İranın tələbləri arasında qeyri-real və icrası mümkün olmayan bəndlər də mövcud idi: “Ən əsas tələblərdən biri ABŞ-ın regiondan çıxması idi ki, bu, tamamilə qeyri-real idi. Başqa bir məsələ isə İranın proksi qüvvələrinə toxunulmaması ilə bağlı idi. Bu iki bəndin istənilən halda qəbul olunacağı inandırıcı deyildi”.

Siyasi şərhçi bildirib ki, ABŞ-ın hərbi bazalarının əsasən ərəb ölkələrində yerləşməsi, eləcə də, Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi bu tələbələrin həyata keçməsini mümkünsüz edir. Ekspertin sözlərinə görə, bu ölkələr nəinki ABŞ-ın çıxmasına razı olmaz, ümumiyyətlə, regionda mövcud hərbi balansın dəyişməsini də dəstəkləməzlər.

Rufiz Hafizoğlu əlavə edib ki, proksi qüvvələr məsələsi də danışıqlarda əsas ziddiyyət nöqtələrindən biri olub. Siyasi şərhçinin sözlərinə görə, xüsusilə Livan, Yəmən husiləri və İraqdakı qruplaşmalar məsələsi ciddi mübahisə doğurub.

Politoloq qeyd edib ki, Fələstin məsələsinin danışıqlarda ön plana çıxmaması da diqqət çəkən məqamlardan biri olub, bu da İranın bəzi mövqelərdən geri çəkilməsi kimi qiymətləndirilə bilər: “Əgər masa arxasında müəyyən mövqelərdən geri addım atılırsa, bu artıq zəiflik göstəricisidir”.

Rufiz Hafizoğlunun sözlərinə görə, tərəflər arasında danışıqlara baxmayaraq, nə ABŞ, nə də İran prosesə ciddi nikbin yanaşmayıb. Siyasi şərhçi bildirib ki, elan olunan 14 günlük atəşkəsin davamlı olub-olmayacağı sual altındadır və onun bitməsindən sonra daha sərt qarşıdurma ehtimalı istisna edilmir.

Rufiz Hafizoğlu hesab edir ki, gələcək mərhələdə NATO ölkələrinin və ABŞ-ın müttəfiqlərinin də prosesə qoşulma ehtimalı mövcuddur. Politoloqun fikrincə, əsas strateji məsələ Hörmüz boğazı ilə bağlıdır: “Buradan keçən gəmilərə tətbiq oluna biləcək məhdudiyyətlər və rüsumlar qlobal enerji bazarına ciddi təsir göstərə bilər və bunu heç bir dövlət qəbul etmir. Artıq bu istiqamətdə müxtəlif bəyanatlar səsləndirilib və vəziyyətin gərginləşmə ehtimalı yüksəkdir”.

Rufiz Hafizoğlu əlavə edib ki, son dövrlərdə Pakistan hərbi qüvvələrinin bir hissəsinin Səudiyyə Ərəbistanına yerləşdirilməsi də diqqət çəkən məqamlardandır: “Bu, təkcə ikitərəfli əməkdaşlıq kimi yox, həm də regionda mümkün gərginlik ssenarilərinə hazırlıq kimi qiymətləndirilə bilər”.

Rufiz Hafizoğlunun sözlərinə görə, bölgədə gərginlik artır və yeni müharibə ehtimalı kifayət qədər yüksək olaraq qalır.

Məqalədə: #Rufiz Hafizoğlu #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #Hörmüz boğazı #ABŞ İran toqquşması #İran-ABŞ qarşıdurması #İran–ABŞ əlaqələrinin kəsilməsi

Mövzu üzrə digər xəbərlər

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub

5 Sentyabr 20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

5 Sentyabr 14:10

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.