11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

Azərbaycan İƏT-in ən konstruktiv və təşəbbüskar üzvlərindən biridir

20 İyul 2026 12:45
Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

BAKI,VOA

Şuşa Qlobal Media Forumu postmünaqişə dövrünün reallıqlarını dünya ictimaiyyətinə çatdıran, dezinformasiya ilə mübarizədə qlobal platformaya çevrilən strateji dialoq məkanıdır. Azərbaycanın mədəniyyət paytaxtında ardıcıl olaraq keçirilən bu tədbir həm də ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu, milli və dini dəyərlərə sadiqliyini nümayiş etdirir. Forum çərçivəsində səslənən bəyanatlar regionun geosiyasi mənzərəsinə və qlobal həmrəylik çağırışlarına işıq tutur.

VOA xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi "Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq" tezisi, sadəcə, diplomatik protokollara xidmət edən bir cümlə deyil. Azərbaycanın müstəqillik illərindən bəri böyük fədakarlıqla, addım-addım qurduğu xarici siyasət kursunun fəlsəfi və praktiki manifestidir. Lakin rəsmi Bakının bu səmimi və birləşdirici platformasına rəğmən, bu gün İslam dünyasının öz daxilində kök salmış bəzi geosiyasi ziddiyyətlər, regional liderlik iddiaları və xüsusilə də ayrı-ayrı müsəlman dövlətlərinin yürütdüyü ikili standartlar siyasəti qlobal müsəlman birliyinin təməllərini sarsıdır. Təbii ki, bunun acı nəticələri ilk olaraq İslam dünyasına zərər verir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən konstruktiv və təşəbbüskar üzvlərindən biridir. Rəsmi Bakı heç vaxt müsəlman coğrafiyasına, sadəcə, bir maraq dairəsi və mənfəət meydanı kimi baxmayıb. Ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili və ISESCO çərçivəsində həyata keçirilən humanitar proqramlar bu yanaşmanın əyani sübutudur.

Təbii fəlakətlərdən və ya daxili münaqişələrdən əziyyət çəkən müsəlman xalqlarına edilən təmənnasız yardımlar rəsmi Bakının qardaşlıq missiyasını hər zaman üstün tutduğunu göstərir. Beynəlxalq platformalarda da Azərbaycan islamofobiyaya qarşı mübarizənin ön cəbhəsində dayanıb. Lakin təəssüf ki, bu sadiqlik və ədalətli mövqe bəzi nüfuzlu müsəlman dövlətləri tərəfindən uzun illər boyu adekvat qarşılıq görməyib, əksinə pərdəarxası siyasi xəyanətlərlə qarşılaşıb.

“İslam Əməkdaşlıq Təşkilatının nizamnaməsi üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsini və işğala qarşı vahid mövqedən çıxış etməsini tələb edir. Lakin Azərbaycanın 30 illik torpaq işğalı dövründə qarşılaşdığı mənzərə bəzi üzv dövlətlərin bu prinsiplərə yalnız kağız üzərində sadiq qaldığını ortaya qoydu. İƏT-ə üzv olan bəzi müsəlman ölkələrinin işğalçı Ermənistana qarşı yürürdüyü qucaqlayıcı siyasət əslində İslam həmrəyliyinə və qardaşlığına ciddi xəyanət idi. Ermənistanın Qarabağdakı qədim müsəlman-türk irsini sildiyi, məscidlərimizdə heyvan saxlayaraq bütün müsəlman ümmətinin heysiyyətini təhqir etdiyi bir dövrdə, bəzi müsəlman ölkələr bu təcavüzkar ölkə ilə sıx iqtisadi, siyasi və strateji tərəfdaşlıq əlaqələri qurdu, işğalçı rejimə logistik nəfəslik rolu oynadı. Özünü dünyada "müsəlmanların hamisi" kimi təqdim edən bu dövlətlərin bu addımı İslam birliyi ideyasına vurulmuş ən böyük zərbə idi.

Ekspert əlavə edib ki, İslam dini vəhdəti və təriqətindən asılı olmayaraq bütün inananların qardaşlığını təbliğ etdiyi halda, regionda hegemonluq iddiaları olan bəzi paytaxtlar xarici siyasətlərini məzhəb ekspansiyası və digər ölkələrin daxili işlərinə qarışmaq üzərində qurublar. Bu yanaşma müsəlman coğrafiyasında süni cəbhələrin açılmasına, proksi qüvvələr vasitəsilə daxili müharibələrin alovlandırılmasına və xarici qüvvələrin regiona müdaxiləsinə şərait yaradır. Azərbaycan isə daxildə formalaşdırdığı bənzərsiz multikultural modeli və məzhəblərarası harmoniya mühitini öz xarici siyasətinə də daşıyıb. Ölkəmizdə fərqli məzhəb daşıyıcılarının eyni məsciddə çiyin-çiyinə namaz qılması dünyaya verilmiş unikal mesajdır.

Bu baxımdan. Prezident İlham Əliyevin Şuşada bəyan etdiyi prinsiplər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki ədalətli və dəyişməz mövqeyinin növbəti təzahürüdür. Azərbaycan müsəlman dünyasında real, əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır. Çünki, regional sabitlik və müsəlman ümmətinin qlobal nüfuzu yalnız subyektiv ambisiyalardan uzaq, səmimi və dürüst siyasi iradə nümayiş etdirməyi tələb edir.

Məqalədə: #Azərbaycan #Bakı #Rufiz Hafizoğlu #İslam Əməkdaşlıq Təşkilatı #Şuşa Qlobal Media Forumu

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.