5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-da quş qripi səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Kaliforniya ştatında quş qripinə (H5N1) yoluxma hallarının artması nəticəsində fövqəladə vəziyyət elan olunub.

19 Dekabr 2024 15:29
ABŞ-da quş qripi səbəbindən fövqəladə vəziyyət elan edilib

Bakı, AzerVoice

ABŞ-ın Kaliforniya ştatında quş qripinə (H5N1) yoluxma hallarının artması nəticəsində fövqəladə vəziyyət elan olunub.

AzerVoice xəbər verir ki, Qubernatorluğun yaydığı açıqlamada, virusun 16 ştatda mal-qarada aşkar edildiyi, Cənubi Kaliforniya fermalarında inəklərdə də görüldüyü bildirilib. Epidemiyanın yayılmasının qarşısını almaq və yoluxma hallarını azaltmaq məqsədilə təcili qərar qəbul edilib.

Kaliforniya qubernatoru Gavin Newsom ictimaiyyət üçün riskin hazırda aşağı səviyyədə olduğunu vurğulayıb və virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri addımların atılacağını bildirib. O qeyd edib ki, "Fövqəladə vəziyyət elan etmək, dövlət qurumlarının epidemiyaya sürətli və effektiv reaksiya göstərməsi üçün resurs və çevikliyi təmin etmək məqsədini daşıyır."

Hal-hazırda quş qripi Kaliforniyada ölkənin süd istehsalının təxminən 20%-ni təmin edən 1100-dən çox süd fermasının yarısından çoxunda aşkar edilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılan araşdırmada təhlil edilən hər 5 komersiya süd nümunəsindən birində quş qripi izlərinin tapıldığı bildirilib.

Qeyd edək ki, quş qripi ilk dəfə bu ilin mart ayında Texas ştatında mal-qara sürülərində aşkar edilib. Daha sonra məlumatlar göstərib ki, virus ABŞ-ın 16 digər ştatında da yayılıb.

Məqalədə: #ABŞ #Kaliforniya #quş qripi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.