13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin ABŞ-ın Tayvana silah satışına reaksiya verib

Çin, ABŞ-ın Tayvana 866 milyon dollar dəyərində əlavə hərbi material və silah satışını təsdiqləməsini kəskin şəkildə pisləyib.

24 Dekabr 2024 10:13
Çin ABŞ-ın Tayvana silah satışına reaksiya verib

Bakı, AzerVoice

Çin, ABŞ-ın Tayvana 866 milyon dollar dəyərində əlavə hərbi material və silah satışını təsdiqləməsini kəskin şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qien açıqlamasında, bu qərarın iki ölkə arasında siyasi əlaqələrin təməlini təşkil edən “bir Çin” prinsipini və “Üç Birgə Bəyannamə”ni pozduğunu bildirib. O, Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində “keçilməməsi lazım olan ilk qırmızı xətt” olduğunu vurğulayaraq, ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyinə əməl etmədiyini və Tayvanı müharibə təhlükəsinə sürüklədiyini qeyd edib.

“Biz ABŞ-ı Tayvana hərbi yardımı və silah satışını dərhal dayandırmağa və bölgə ilə hərbi əlaqələrini kəsməyə çağırırıq,” – deyə Vu əlavə edib.

Dekabrın 21-də ABŞ prezidenti Co Bayden Müdafiə Nazirliyinə Tayvana hərbi materiallar, xidmətlər və təlimlər üçün 571 milyon dollar ayırmağa icazə verib. Bundan bir gün əvvəl isə Müdafiə Nazirliyi 300 taktiki radio sistemi və 16 silah dayağının 295 milyon dollara satılmasını təsdiqləyib.

Qeyd edək ki, Tayvan, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bəri faktiki müstəqillik əldə etsə də, Çin onu ərazisinin ayrılmaz hissəsi hesab edir. Pekin, Tayvanı tanıyan ölkələrin onunla rəsmi əlaqələr qurmasına və silah satışına qarşı çıxır.

Son illərdə Tayvana hərbi təzyiqlərini artıran Çin, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini dəfələrlə vurğulayıb.

Məqalədə: #Çin #Tayvan

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.