5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiya avstraliyalı turistlərə xəbərdarlıq edib

Yaponiyaya səyahət edən avstraliyalı turistlərin sayı 2024-cü ildə 200 min nəfərlə 2019-cu ildəki rekordunu yeniləyərək, yüksək həddə çatıb.

8 Yanvar 2025 14:30
Yaponiya avstraliyalı turistlərə xəbərdarlıq edib

Bakı, AzerVoice

Yaponiyaya səyahət edən avstraliyalı turistlərin sayı 2024-cü ildə 200 min nəfərlə 2019-cu ildəki rekordunu yeniləyərək, yüksək həddə çatıb.

AzerVoice xəbər verir ki, Yaponiya Milli Turizm Təşkilatının (JNTO) məlumatına görə, ötən ilin yanvar-noyabr ayları arasında 807 min 800 avstraliyalı ölkəyə səyahət edib.

Yaponiya hökuməti turistlərin daha çox Tokio və Kyoto kimi məşhur şəhərlərə üz tutduğunu və bu bölgələrdə artıq turizm sıxlığının ciddi problemlər yaratdığını açıqlayıb.

JNTO, turistləri Tohoku və Kanazava kimi daha az tanınan bölgələrə səfər etməyə təşviq edir. Bildirilir ki, Avstraliyalı turistlər Yaponiyada ən uzun müddət qalan qonaqlardır və bu da ölkənin infrastrukturuna əlavə yük gətirir.

Turizm rəsmiləri bildiriblər ki, Yaponiya artıq bu qədər böyük sayda turistin öhdəsindən gəlməkdə çətinlik çəkir və gələn aylarda bu rəqəmlərin daha da artacağı gözlənilir.

Avstraliya dollarının Yapon yeninə qarşı bahalaşması da səyahətlərə olan marağı artıran əsas amillərdən biri olub. Yaponiya pandemiyadan sonra turizmi canlandırmaq üçün təşviqlərə başlayıb. Lakin bunun nəticəsində həddindən artıq turizm problemi yaranıb.

Yaponiya mübarizə üsulları ilə bağlı , keçən il Kyoto şəhərindəki məşhur geyşa bölgələrində həddindən artıq turist axınına qarşı tədbirləri gücləndirilib və ziyarətçilərin yan küçələrə daxil olması qadağan edilib.

Yaponiya ilə yanaşı, həddindən artıq turizm problemləri ilə bağlı oxşar xəbərlər Venesiya, Amsterdam və Kanar adaları kimi məşhur turizm məkanlarından da gəlir.

Məqalədə: #Yaponiya #turizm

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq
Hərbi İnnovasiyalar

Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

2 Sentyabr 09:54
Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır
Yaxın Şərq

Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

1 Sentyabr 18:24
Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır
VOA analitika: Geosiyasi təhlillər

Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

29 Avqust 18:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.