5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Los-Ancelesdəki yanğınlarla bağlı Baydeni hədəf alıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Los-Ancelesin dəbdəbəli məhəllələrindən birində baş verən dağıdıcı meşə yanğınları ilə bağlı Co Bayden administrasiyasını və Kaliforniya qubernatoru Qavin Newsomu sərt tənqid edib.

9 Yanvar 2025 17:30
Tramp Los-Ancelesdəki yanğınlarla bağlı Baydeni hədəf alıb

Bakı, AzerVoice

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Los-Ancelesin dəbdəbəli məhəllələrindən birində baş verən dağıdıcı meşə yanğınları ilə bağlı Co Bayden administrasiyasını və Kaliforniya qubernatoru Qavin Newsomu sərt tənqid edib.

AzerVoice xəbər verir ki, Tramp Truth Social platformasında paylaşdığı mesajda yanğınların Bayden və Newsomun səriştəsiz idarəçiliyinin və yanlış siyasətlərin nəticəsi olduğunu iddia edib.

"Bu, Co Baydenin mənə qoyub getdiyi ölkədir. Təşəkkür edirəm, Co! Ətraf mühit siyasətiniz su mənbələrini bataqlıqlara və təbiət qoruqlarına yönəldib, yanğınla mübarizə üçün lazımlı mənbələri isə qurudub. Newsom dərhal istefa verməlidir." - deyə sərt tənqid ünvanlayıb.

Kaliforniya qubernatoru Qavin Newsom is Trampın ittihamlarına cavab verərək onun faciəvi vəziyyətdə belə siyasi nüfus qazanmağa çalışmasını qınayıb. "İnsanlar evlərini, yaxınlarını, hətta həyatlarını itirir. Məktəblər, ailələr məhv olur, lakin Tramp yenə də siyasətlə məşğuldur. Bu, tamamilə məsuliyyətsizlikdir." - deyə vurğulayıb.

Newsom həmçinin qeyd edib ki, Kaliforniyada baş verən meşə yanğınlarının qarşısının alınması üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür.

Trampın Bayden administrasiyasını sərt tənqid etməsinə rəğmən, Ağ Evdən hələlik heç bir rəsmi açıqlama verilməyib. ABŞ mətbuatı isə Trampın Los-Anceles yanğınlarını Newsomla davam edən köhnə mübahisəsini yenidən alovlandırmaq üçün istifadə etdiyini yazır.

Belə ki, keçmişdə də Tramp Kaliforniya meşə yanğınlarının qarşısının alınmamasını dövlətin pis idarəçiliyi ilə əlaqələndirmiş, Newsom isə bu iddiaları rədd etmişdi.

Qeyd edək ki, Los-Anceles rəsmiləri yanvarın 7-də şəhərin dəbdəbəli məhəllələrindən birində baş verən yanğınların 6 ayrı sahədə davam etdiyini və hazırda yanğında 5 nəfərin həlak olduğunu açıqlayıb. Yanğınların səbəbləri hazırda araşdırılır, lakin rəsmi mənbələr havanın quraq və küləkli şəraitinin alovun sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.

Məqalədə: #ABŞ #Donald Tramp

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.