11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Netanyahuya qarşı sərt təhqirlər yer alan video paylaşıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya qarşı sərt tənqid və təhqirlər ehtiva edən mübahisəli videonu Truth Social sosial media platformasında paylaşıb.

10 Yanvar 2025 10:30
Tramp Netanyahuya qarşı sərt təhqirlər yer alan video paylaşıb

Bakı, AzerVoice

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya qarşı sərt tənqid və təhqirlər ehtiva edən mübahisəli videonu Truth Social sosial media platformasında paylaşıb.

AzerVoice xəbər verir ki, videoda iqtisadçı ekspert Cefri Saks Netanyahunu ABŞ-ın xarici siyasətini manipulyasiya etməkdə və Orta Şərqdə “sonsuz müharibələr” başlatmaqda ittiham edib.

Saks bildirib ki, Netanyahu 1995-ci ildən etibarən Həmas və Hizbullah kimi təşkilatlara qarşı mübarizədə onların dəstək aldığı İraq, Suriya və İran hökumətlərini devirməyi yeganə həll yolu kimi görüb.

“Netanyahu bizi sonsuz müharibələrə sürükləyərək, ABŞ-dakı İsrailyönlü lobbi sayəsində istədiyini əldə edib”, – Saks videoda qeyd edib.

Trampın bu videonu paylaşmaqda əsas məqsədinin nə olduğu rəsmi olaraq açıqlanmasa da, bəzi analitiklər bunun Netanyahunun siyasətinə olan narazılığın göstəricisi olduğunu bildirir.

Qeyd edək ki, Tramp daha əvvəl Netanyahu və İsrail hökumətinə dəstək verməkdə çox aktiv olub. Lakin son aylarda Trampın İsrail rəhbərliyi ilə münasibətlərində gərginlik yaranıb. Tramp, xüsusilə, Qəzza zolağındakı məhbusların 20 yanvarda keçiriləcək andiçmə mərasimindən əvvəl azad edilməməsinin Yaxın Şərqdə ciddi problemlərə səbəb ola biləcəyini xəbərdar etmişdi.

Məqalədə: #Benyamin Netanyahu #Rusiya #ABŞ #Donald Tramp

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.