Bakı, AzerVoice
Böyük Britaniyada bir çox şirkət daimi 4 günlük iş həftəsi kampaniyasına qatılıb.
AzerVoice xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən 4 day week foundation təşkilatının başlatdığı kampaniyada müxtəlif sektorlardan 200 şirkət iştirak edib.
İşçilərinin sayı 5 mini keçən bu şirkətlər həftənin dörd günü daimi işləmək prinsipini qəbul ediblər. Şirkətlərdə həftəlik iş saatının gəlir itkisi olmadan 32 saat olacağı bildirilib.
Qeyd edək ki, bu kampaniyada iştirak edən 200 şirkətdən 59-u Londonda yerləşir.