9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

İngiltərədə aparılan yeni bir araşdırma, süni intellektə əsaslanan söhbət botlarının bəzi istifadəçilərdə psixozu tətikləyə biləcəyini ortaya çıxarıb. Xüsusilə psixoloji cəhətdən həssas fərdlər üçün bu texnologiyanın reallıqla bağlı algıları pozaraq ciddi zehni sağlamlıq problemlərinə yol aça biləcəyi bildirilir.

2 Avqust 2026 03:00
ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

BAKI,VOA

İngiltərədə aparılan yeni bir araşdırma, süni intellektə əsaslanan söhbət botlarının bəzi istifadəçilərdə psixozu tətikləyə biləcəyini ortaya çıxarıb. Xüsusilə psixoloji cəhətdən həssas fərdlər üçün bu texnologiyanın reallıqla bağlı algıları pozaraq ciddi zehni sağlamlıq problemlərinə yol aça biləcəyi bildirilir.

Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) mütəxəssislərinin də qatıldığı tədqiqatda qeyd olunub ki, ChatGPT və oxşar böyük dil modelləri bəzi hallarda mövcud psixi simptomları gücləndirə və ya yeni psixotik epizodları başlada bilər.

"Söhbət botu psixozu" real təhlükə kimi dəyərləndirilir

King's College London universitetinin neyropsixiatri Hamilton Morrin, bu fenomeni "real bir olğu" adlandırıb. Morrin-in fikrincə, süni intellekt sistemlərinin istifadəçini təsdiqləyən, onunla qarşılıqlı əlaqəyə girən və davranışlarını təqlid edən təbiəti, psixozla əlaqəli zəif zehni strukturlarla təhlükəli şəkildə üst-üstə düşə bilər.

Mütəxəssis bildirir ki, artıq istifadəçilər yalnız texnologiyalar haqqında sanrılar yaşamır, eyni zamanda bu sanrılar süni intellektlə birbaşa ünsiyyət zamanı daha da dərinləşir. Yəni, artıq maşınlar sadəcə xəyal məhsulu deyil, xəyalın bir hissəsinə çevrilib.

Tədqiqatçılar daha çox təhlükəsizlik tədbirləri tələb edir

Araşdırmanın digər müəllifi psixiatr Dr. Tom Pollack isə qeyd edib ki, psixi xəstəliklər nadir hallarda qəfil başlayır, lakin süni intellekt platformaları bu prosesi sürətləndirə bilər. Onun fikrincə, bu səbəbdən süni intellekt sistemlərinə əlavə təhlükəsizlik mexanizmləri daxil edilməli və təhlükəsizlik komandalarında psixiatrlar da yer almalıdır.

OpenAI: Həssas istifadəçilərə xəbərdarlıq etməkdə çətinlik çəkirik

Mövzu ilə bağlı “The Independent” qəzeti OpenAI-dan münasibət öyrənib. Şirkət daha əvvəl süni intellektdən istifadədə təhlükəsizlik standartlarının artırılmasının vacibliyini vurğulamışdı. OpenAI-nin baş direktoru Sem Altman isə may ayında iştirak etdiyi podkastda psixoloji cəhətdən kövrək istifadəçilərə düzgün xəbərdarlıq üsulunu hələ tapa bilmədiklərini etiraf etmişdi.


Məqalədə: #Süni intellekt #İngiltərə #ChatGpt #OpenAI #Süni intellekt və təhlükəsizlik #Süni intellekt bazarında rəqabət #Süni intellekt və uşaq istismarı #süni intellektlə çalışan kamera #Süni intellektin gələcəyi #süni intellekt və əmək bazarı #Pulsuz ChatGPT abunəliyi #The Independent

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.