9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzza və İordan çayının qərb sahili Fələstin xalqının vətənidir - Çin XİN

19 Fevral 2025 11:52
Qəzza və İordan çayının qərb sahili Fələstin xalqının vətənidir - Çin XİN

Bakı, AzerVoice

Çinin xarici işlər naziri Vanq Yi Qəzza və İordan çayının qərb sahilinin Fələstin xalqının ayrılmaz vətəni olduğunu və bu ərazilərin siyasi sövdələşmələrə mövzu edilməməsi lazım gəldiyini vurğulayıb.

AzerVoice xəbər verir ki, Fevral ayından BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin, "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" çərçivəsində çoxtərəflilik və qlobal idarəçilik mövzusunda yüksək səviyyəli iclas təşkil edib.

Vanq Yi, Yaxın Şərqdə vəziyyətin "gərgin və kövrək" olduğunu bildirərək, iki dövlətli həll yolunun vacibliyini vurğulayıb. O, bu həll yolunun yalnız Fələstin üçün deyil, bütün Yaxın Şərqdə ədalətli və qalıcı sülh üçün zəruri olduğunu qeyd edib.

Vanq eyni zamanda BMT-nin qlobal idarəçiliyi yenidən təşkil etməli olduğunu bildirərək Təhlükəsizlik Şurasının "dar geosiyasi maraqlar" yerinə, beynəlxalq həmrəylik və əməkdaşlığa önəm verməli olduğunu söyləyib.

İclasda çıxış edən Pakistanın baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar da BMT Təhlükəsizlik Şurasının daha demokratik, hesabatlı və təmsilçi olması zərurətini vurğulayıb.

O, Qəzzada mövcud atəşkəsi "ümid işığı" kimi dəyərləndirərək, bunun qalıcı sülh üçün ilk addım olmasını arzuladıqlarını bildirib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp, fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Qəzza zolağının nəzarətinin ABŞ-ın əlinə keçəcəyini iddia edib.

O, Qəzzanın artıq tamamilə məhv edilmiş bir bölgə olduğunu, fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrdə yeni qəsəbələrə köçürülməsinin daha məqsədəuyğun olduğunu bildirib. Tramp eyni zamanda fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarələrinin olmadığını da irəli sürüb.

Məqalədə: #Fələstin #ABŞ #Pakistan #Çin #Qəzzanın yenidən qurulması #Yaxın Şərqdə geosiyasi vəziyyət #Çinin BMT-də sədrlik dövrü

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.