13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suriyada işğal davam edəcək – Netanyahudan açıq mesaj

26 Fevral 2025 12:05
Suriyada işğal davam edəcək – Netanyahudan açıq mesaj

BAKI, AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Suriyanın cənubundakı mövqelərini qoruyacağını və bölgədə daimi qalacağını bir daha vurğulayıb.

AzerVoice xəbər verir ki , Vaşinqtonda videokonfrans vasitəsilə çıxış edən Netanyahu bu məsələyə toxunub.

"İsrail ordusu Suriyadakı Hermon dağının (Cəbəl əl-Şeyx) zirvəsində qalacaq. Biz bölgəyə bitişik tampon zonada da mövcudluğumuzu davam etdirəcəyik. Suriyanın Dəməşqə qədər irəliləməsinə imkan verməyəcəyik." - deyə o bildirib.

Netanyahu, ABŞ prezidenti Donald Trampla görüşünü yüksək qiymətləndirərək, onu "bir ABŞ prezidenti ilə keçirdiyim ən əhəmiyyətli görüş" adlandırıb. O, ABŞ-İsrail ittifaqının indiyə qədər heç vaxt bu qədər güclü olmadığını vurğulayıb və Trampa İsrailə yeni silah tədarükü üçün təşəkkür edib.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki hərbi əməliyyatlarına da toxunan Netanyahu, bölgədəki fələstinli qaçqın düşərgələrində mövcudluqlarını davam etdirəcəklərini və hücumların uzunmüddətli olacağını bildirib.

Qeyd edək ki, Fevralın 23-də qatıldığı hərbi məzuniyyət mərasimində Netanyahu Suriyadakı işğalla bağlı oxşar ifadələr səsləndirmişdi. Onun bu bəyanatları Suriya xalqı tərəfindən sərt etirazlarla qarşılanıb. Ölkənin müxtəlif bölgələrində Netanyahunun açıqlamalarına qarşı etiraz aksiyaları keçirilib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Suriya #ABŞ-İsrail ortaq strategiyası #Fələstin-İsrail münaqişəsi #Tramp və Netanyahu münasibətləri #Suriya və İsrail gərginliyi #İsrailin Suriyadakı işğal siyasəti #Netanyahu və Donald Tramp görüşü

Mövzu üzrə digər xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.