8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Dronlar Everesti fəth edir

22 Mart 2025 15:00
Dronlar Everesti fəth edir

BAKI,AzerVoice

Everest zirvəsinə qalxan alpinistlər üçün ağır yüklər daşıyan bələdçilər artıq dronlardan istifadə edərək bu prosesi daha asan və təhlükəsiz şəkildə həyata keçirə biləcəklər.

AzerVoice xəbər verir ki, gələn ay Everest dırmanış mövsümünün başlanması ilə ekspedisiya şirkətləri yüksək hündürlüklərdə təxminən 16 kiloqram yük daşıya bilən pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək.

Yeni texnologiya sayəsində əsas düşərgədən 1-ci düşərgəyə piyada daşınması normalda 7 saat çəkən yüklər dronlar vasitəsilə cəmi 15 dəqiqəyə çatdırıla biləcək.

Dron operatorları bildirirlər ki, bu texnologiya bələdçilərin iş yükünü azaltmaqla yanaşı, iqlim dəyişikliyi səbəbindən qar əriməsi ilə artan qəzaların qarşısını almağa da kömək edə bilər. Everestdə tırmanış zamanı hava şəraiti və fiziki yorğunluq insan faktorundan qaynaqlanan riskləri artırır.

Təxminən bir ildir ki, operatorlar Çin istehsalı olan iki pilotsuz uçuş aparatı ilə sınaqlar aparır. Bu dronlar dırmanış zamanı lazımi avadanlıq və təchizatı daşımaqla yanaşı, çətin şəraitdə xilasetmə əməliyyatlarında da istifadə oluna bilər.

Qeyd edək ki, dron texnologiyasının ilkin maliyyə xərcləri yüksək olsa da, uzunmüddətli perspektivdə ekspedisiya şirkətləri üçün xərcləri azaldacağı və Everestdə tırmanışın təhlükəsizliyini artıracağı proqnozlaşdırılır.

Məqalədə: #Çin #Everest #Everest zirvəsi #dron dəstəyi #alpinizm

Mövzu üzrə digər xəbərlər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.