6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin böyük bir səhvə yol verib - Tramp Çinin tətbiq etdiyi yeni rüsumlar haqqında

4 Aprel 2025 19:10
Çin böyük bir səhvə yol verib - Tramp Çinin tətbiq etdiyi yeni rüsumlar haqqında

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp Çinin ABŞ-dan idxal olunan bütün məhsullara tətbiq edəcəyi yeni gömrük rüsumları ilə bağlı qərarını böyük bir səhv kimi qiymətləndirib.

AzerVoice-un məlumatına görə, Tramp bəyan edib ki, Çin panikaya düşüb və səhvə yol verib.

“Çin səhv addım atdı, panikaya düşdü, bu isə onun özünə yol verə bilməyəcəyi bir haldır!” – deyə Vaşinqton administrasiyasının rəhbəri Truth Social platformasında etdiyi paylaşımda deyib. O, bu barədə əlavə təfərrüat təqdim etməyib.

Qeyd edək ki, Çinin Dövlət Şurasının Tarif Komissiyasının daha əvvəl verdiyi bəyanata görə, Çin höküməti 10 aprel tarixindən etibarən ABŞ-dan idxal edilən bütün məhsullara əlavə 34%-lik gömrük rüsumları tətbiq edəcək. Bu addım Trampın tətbiq etdiyi yeni rüsumlara cavab olaraq atılıb.

“ABŞ-ın hərəkətləri beynəlxalq ticarət qaydalarına ziddir, Çinin qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur və birtərəfli təhdidin tipik nümunəsidir,” – deyə bəyanatda qeyd olunub.

Komissiya əlavə edib ki, bu tariflər mövcud rüsumlara əlavə olaraq tətbiq ediləcək.

Keçən ilin statistikasına əsasən, Çin ilə ABŞ arasında ticarət dövriyyəsi 688,28 milyard dollara çatıb. Bu məbləğin 163,62 milyard dolları ABŞ-dan Çinə ixrac olunan malların payına düşür – bu isə Çindən ABŞ-a ixrac edilən malların həcminin təxminən üçdə biri qədərdir.

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkəyə aid məhsullara gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. O, idxal olunan mallara minimum 10% rüsum tətbiq ediləcəyini bildirib. Ayrı-ayrı ölkələr üçün fərdi tariflər müəyyən olunub. Xüsusilə Çin mallarının idxalına 34% rüsum tətbiq ediləcək.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #Trampın tarifləri #ABŞ və Çin münasibətləri #Gömrük rüsumu #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #Çinin Dövlət Şurasının Tarif Komissiyası

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.