Bakı. AzerVoice:
Rusiya hökuməti şəkər ixracını müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya hökuməti yazılı açıqlama verib.
Açıqlamada ölkənin ərzaq bazarında sabitliyin qorunması üçün şəkər ixracı ilə bağlı tədbirlərin görüldüyü bildirilib.
Müvafiq olaraq, 31 avqust 2024-cü il tarixinədək şəkər ixracına qadağa qoyulsa da, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistana ixraca müəyyən miqdarda güzəştlər edilib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, ölkədə hər il 6 milyon ton şəkər istehlak edilir və bu il təxminən 6,9 milyon ton şəkər istehsal ediləcəyi gözlənilir.
Hafiz Rufizoğlu