6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin hücumlarına qarşı etirazlar getdikcə artır

29 May 2024 12:39
İsrailin hücumlarına qarşı etirazlar getdikcə  artır

Bakı, AzerVoice:

Beynəlxalq Ədalət Məhkəməsinin “Rəfahdəki hücumların dayandırılması” ilə bağlı qərarına baxmayaraq İsrailin hələ də Qəzzada hücumlara davam etməsi dünya ictimayyəti tərəfindən etirazla qarşılanıb. İsrailin Rəfahda məcburi köçkün kimi yerləşən fələstinlilərin yaşadığı çadırları bombalaması Venesuela və Kolumbiya liderləri tərəfindən “qətliam” kimi qəbul edilib.

AzerVoice xəbər verir ki, Rafahda evlərindən didərgin düşmüş fələstinlilərin sığındığı çadır şəhərciyinə İsrailin həyata keçirdiyi hücum bir çox ölkə, beynəlxalq qurum və təşkilatlar tərəfindən ciddi qınaq atəşinə tutulub.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rəfahdakı hücumun "çox narahatlıq" doğurduğunu və bu hadisə ilə bağlı təhqiqatın tez bir zamanda tamamlanmalı olduğunu bildirib.

Fransa prezidenti Emmanuel Makron bir daha İsraili Rəfaha olan hücumlarını dayandırmağa çağırıb.

Venesuela prezidenti Nikolas Maduro İsrailin dünyanın gözü qarşısında Qəzzada “qətliam” törətdiyini bildirib. O, ABŞ və Avropa İttifaqının bu qətliam qarşısında susduğunu bildirib. Maduro Hitler dövründən bəri bəşəriyyətin şahidi olduğu ən dəhşətli soyqırımlardan birinin baş verdiyini əlavə edib.

Kolumbiya prezidenti Qustavo Petro da fələstinlilərə qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmi olaraq kəsdiklərini açıqlayıb. O, qətliama səssiz qalan ölkələri tənqid edib.

Pakistan, Meksika və Maldiv adaları da hücumu pisləyib. Beynəlxalq hüququ pozan İsraildən Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etməsi tələb olunub.

İsrailin mülki şəxslərə qarşı hücumlarının dayandırılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından da lazımi addımların atılması tələb olunub.

Afrika Birliyi də hücumu pisləyib və dərhal atəşkəsə çağırıb. Xüsusilə İsrailin əməllərinin cəzasız qaldığı vurğulanıb.

Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İsrail mayın 26-da Rafahda məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb və 23-ü qadın, uşaq və qoca olmaqla ən azı 45 fələstinli həyatını itirib, 249 fələstinli isə yaralanıb.

İsrailin hücumlarına qarşı etirazlar getdikcə  artır
Məqalədə: #Qəzza #İsrail #Fələstin #Rəfah #soyqırımın #qətliam

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.