7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Cənubi Koreya doğum sayının azalmasına görə fövqəladə vəziyyət elan etdi

20 İyun 2024 15:56
Cənubi Koreya doğum sayının azalmasına görə fövqəladə vəziyyət elan etdi

Bakı, VOA

Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün "demoqrafik milli fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.

VOA xəbər verir ki, prezident Yoon bu barədə paytaxt Seulun cənubundakı Seongnam Tədqiqat və İnkişaf Mərkəzində "aşağı doğum nisbəti və qocalmış əhali" mövzusunda keçirilən yığıncaqda çıxışı zamanı danışıb.

Hökumətin aşağı doğum nisbəti ilə mübarizə üçün hər cür səy göstərəcəyini ifadə edən Yoon, "Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq" - deyə qeyd edib.

Yoon bildirib ki, bu kontekstdə onlar üç əsas sahəyə diqqət yetirəcəklər: “İş və həyat arasında balansın təmin edilməsi, uşaqlara qayğının yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı”.

Valideynlərin üzərindəki təhsil yükünü yüngülləşdirmək üçün uşaq baxımına dəstəyin artırılacağını və ibtidai məktəblərdə məktəbdən sonrakı proqramların genişləndiriləcəyini vəd edən Yoon qeyd edib ki, tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhalinin Strategi Planlaşdırılması Nazirliyi yaradılacaq.

Qeyd edək ki, Cənubi Koreyanın ümumi doğuş nisbəti - bir qadının həyatı boyu dünyaya gətirdiyi uşaqların orta sayı - 2023-cü ildə 0,72-yə enərək ölkə əhalisini 51 milyon nəfərdə saxlamaq üçün lazım olan 2,1 yenilənmə səviyyəsindən xeyli aşağı düşüb.

Eyni zamanda, Cənubi Koreya Statistika İnstitutunun martın 19-da yeni doğulan uşaqların sayı ilə bağlı paylaşdığı məlumatlar göstərir ki, son illərdə ölkədə illik doğum sayında azalma tendensiyası davam edir.

Cənubi Koreya doğum sayının azalmasına görə fövqəladə vəziyyət elan etdi
Məqalədə: #Cənubi Koreya #əhali azalması #demoqrafik böhran

Mövzu üzrə digər xəbərlər

Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır
Digər Dövlətlər

Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır

19 Avqust 21:03
Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu
Türkiyə

Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu

18 Avqust 15:19
Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb
Digər Dövlətlər

Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb

15 Avqust 10:49
Cənubi Koreya vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı
Digər Dövlətlər

Cənubi Koreya vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı

20 İyul 14:58

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.