Bakı, VOA
Səudiyyə krallığının icazəsi ilə bir çox alim, həkim, tədqiqatçı, və nadir ixtisaslara malik görkəmli şəxslərə vətəndaşlıq verilib.
VOA xəbər verir ki, qərar, Krallığa müxtəlif sahələrdə fayda gətirəcək hüquqi, tibbi, elmi, mədəni, idman və texniki ixtisas sahiblərinin vətəndaşlığa qəbuluna qapı açan əvvəlki kral sərəncamına uyğun olaraq qəbul edilib.
Qeyd edək ki, bütün bu addımlar ölkəyə insan kapitalının gəlməsini təşviq edəcək əlverişli mühitin yaradılması məqsədiylə Vision 2030 çərçivəsində atılır.
Bu addım Səudiyyə Ərəbistanının iqtisadiyyat, səhiyyə, mədəniyyət, idman və innovasiyanı inkişaf etdirmək səylərinə əsaslı töhfə verə biləcək ən istedadlı şəxsləri və nadir təcrübə sahiblərini, bir sıra görkəmli şəxsləri cəlb etmək marağının davamıdır. Belə ki, bu sahələr üzrə bir çox mütəxəssisin vətandaşlığı 2021-ci ildə təsdiq edilmişdi.