7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BRICS gələcəkdə öz parlamentini təsis edə bilər - Putin

12 İyul 2024 14:35
BRICS gələcəkdə öz parlamentini təsis edə bilər - Putin

Bakı, AzerVoice

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, BRICS iqtisadi bloku gələcəkdə öz parlamentini yarada bilər.

AzerVoice Rusiya mediasına istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən X BRICS Parlament Forumunda iştirakçılara müraciət edən Putin bloka daxil olan ölkələrin müntəzəm iclaslarının parlamentin qurulması prosesinə kömək edəcəyini bildirib.

O qeyd edib: "BRICS-in hələ ki, özünün institusional parlament strukturu yoxdur. Amma mən inanıram ki, bu ideya gələcəkdə reallaşacaq. Əminəm ki, sizin forumunuz buna öz töhfəsini verəcək".

Rusiya Prezidenti BRICS-ə üzv ölkələr arasında əlaqələrin qurulması və sosial-iqtisadi inkişaf məsələlərinin həlli, xalqların rifahının yaxşılaşdırılması, beynəlxalq gərginliyin azaldılması və daha ədalətli, demokratik, çoxqütblü və çoxtərəfli dünya nizamının formalaşdırılması səylərini yüksək qiymətləndirib. "Güclərin real balansını və yeni geosiyasi, iqtisadi və demoqrafik reallığı əks etdirən dünya nizamının yaranması mürəkkəb prosesdir, çox vaxt da ağrılıdır. Bu, ilk növbədə, "qızıl milyard" adlanan hakim elitaların sərt müqaviməti ilə bağlıdır", -deyə o vurğulayıb.

Müstəqil mövqeyə malik olan ölkələrə artan təzyiqləri vurğulayan Putin bildirib ki, beynəlxalq hüquqa zidd olaraq, onlara qarşı məcburiyyət, birtərəfli sanksiyalar, ticarət qaydalarının seçmə tətbiqi və şantajdan istifadə edilir.

Bununla yanaşı, BRICS qlobal iqtisadiyyatda müsbət dəyişiklikləri prioritet hesab edir, ticarət və investisiyalarda milli valyutaların payının artırılmasına, təhlükəsiz və etibarlı maliyyə alətlərinin və qarşılıqlı hesablaşma mexanizmlərinin inkişafına diqqət yetirir.

2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çinin birlikdə təsis etdikləri BRICS 2011-ci ildə Cənubi Afrikanı, ötən ilin dekabrında isə daha altı ölkəni sıralarına cəlb edib.

Məqalədə: #Rusiya #Vladimir Putin #BRICS+

Mövzu üzrə digər xəbərlər

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov
Siyasət

Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

3 Sentyabr 10:07

Son Xəbərlər

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
11:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.