7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Lissabonda həddindən artıq turist axını etirazlara səbəb olub

20 Avqust 2024 15:50
Lissabonda həddindən artıq turist axını etirazlara səbəb olub

Bakı, AzerVoice

Portuqaliyada turizmin yüksəlişi ölkənin paytaxtı Lissabonun dar küçələrinin "tuk-tuk" adlı kiçik elektrik taksiləri ilə tamamilə tıxaca bürünməsinə səbəb olub.

AzerVoice xəbər verir ki, yerli sakinlər turist axınının hətta onların evlərini tərk etməsinə də mane olduğunu bildirərək, etiraz etməyə başlayıblar.

Sakinlər və yerli medianın məlumatına görə, park edilmiş taksilər onların yollarını bağladığından, sakinlər bəzən evlərini belə tərk edə bilmirlər.

Lissabon merinin müavini şəhərin dar küçələrində istifadə edilməsinə icazə verilən taksilərin sayını məhdudlaşdırmağı təklif etsə də, bu tədbir hələ də həyata keçirilməyib.

Lissabonun məşhur məhəlləsi olan Sintrada aktivistlər bəziləri portuqalca, bəziləri isə ingiliscə yazılmış "cənnətdə tıxaclar" və "Sintra Disneyland deyil" kimi mesajlarla etiraz aksiyasına başlayıblar.

Digər tərəfdən, yerli əhali üçün əsas məqsəd turistləri qorxutmaq deyil, əsas məsələni diqqətə çatdıra bilməkdir. Onlar həddindən artıq turist axınının onların həyatlarına da mənfi təsir göstərdiyinə görə etiraz edirlər.

Barselonada turistlərə su səpmək və həddindən artıq dolu avtobus marşrutunu turistlərdən gizlətmək üçün Google xəritələrindən silmək də daxil olmaqla, anti-turizm hərəkatı yaranıb. Bu məsələyə cavab olaraq, yerli məmurlar turist vergilərini artıraraq, Airbnb kirayələrinə qarşı sərt tədbirlər görəcəklərini vəd ediblər.

Keçən il Mayorka sakinləri yerli çimərliklərdə turistləri uzaq durmaq mövzusunda xəbərdar edən saxta lövhələr yerləşdirib, həmçinin qonşu İbizada da həddindən artıq olan turist axınına qarşı etirazlar keçirilib.

Qeyd edək ki, həddindən artıq turist axınına verilən termin olan Overturizm , ziyarətçilərin və onların pullarının sakinlərə fayda verməyi dayandırdığı bir nöqtəni təsvir edir. Bunun əvəzinə, turistlər tarixi yerləri pisləşdirərək zərər verirlər və ərazidə yaşayan yerli əhalinin həyatının da nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olurlar.

Bir çox yerli sakinlər səlahiyyətli şəxslərdən daha keyfiyyətli turizmi təşviq etmələrini istəyirlər. Belə ki, nəticədə ziyarətçilər bir yerdə daha uzun müddət qalır və getdikləri yerdə də daha çox pul xərcləyirlər.

Lissabonda həddindən artıq turist axını etirazlara səbəb olub
Məqalədə: #Portuqaliya #Lissabon #overturizm

Mövzu üzrə digər xəbərlər

2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək
ArabSport

2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

20 İyul 10:54
Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib
Digər Dövlətlər

Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

3 İyul 21:59
Dünya Çempionatında bu gecə: İspaniya Avstriyanı sınağa çəkəcək
ArabSport

Dünya Çempionatında bu gecə: İspaniya Avstriyanı sınağa çəkəcək

2 İyul 14:41
Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq
Siyasət

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

8 İyun 11:56

Son Xəbərlər

Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.