13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İslam dünyası müharibəyə girəcək gücdə deyil-Əfqanıstan İslam Əmirliyi

25 Avqust 2024 18:03
İslam dünyası müharibəyə girəcək gücdə deyil-Əfqanıstan İslam Əmirliyi

Bakı, AzerVoice

Əfqanıstan İslam Əmirliyinin sözçüsü Qəzza ilə bağlı verilən sualları cavablandırıb.

AzerVoice xəbər verir ki, 5Pillars media şirkətinin jurnalisti Dilly Hüseyni Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zabihullah Mücahiddən müsahibə alıb.

Mücahidə Qəzza ilə bağlı sual da ünvanlanıb. Jurnalist tərəfindən verilən "İslam Əmirliyi Qəzzada müsəlmanlara kömək etmək üçün nə edir?" sualını ətraflı şəkildə cavablandıran Mücahid, Qəzzanın bütün İslam dünyasının məsələsi olduğunu deyib.

"Biz uzun illərdir davam edən İsrail vəhşiliyini pisləyirik və bunun bir an əvvəl bitməsini istəyirik. Biz İsraili qəsbkar bir rejim hesab edirik, çünki onlar orda yaşayan insanların mülklərini zəbt etdilər və işğal olunmuş yerlərdə güc və qəddarlıq tətbiq edərək yaşamağa davam edirlər",-deyə danışıb.

İsraili dəstəkləyən ölkələrin də bu dəstəklərini dayandırmağa çağıran Mücahid, əks təqdirdə onların da İsrailin işlədiyi cinayətlərdə ortaq sayılacağını deyib.

"Bizlər Müsəlman qardaşlarımızla birliyimizi və dəstəyimizi nümayiş etdiririk. Biz İslam dünyasını İsrailin vəhşiliyini dayandırmaq üçün bir araya gəlməyə və güclü addım atmağa dəvət edirik. İslam Əmirliyi də bu mövzuda üzərinə düşən vəzifələri ən yaxşı şəkildə yerinə yetirəcəkdir. Qəzzaya diplomatik dəstək vermək üçün də əlimizdən gələnin ən yaxşısını edəcəyik.",- deyə o əlavə edib.

Qəzzanın coğrafi baxımdan onlardan çox uzaq bir bölgə olduğunu və ora çıxışlarının olmadığını deyən Mücahid, "Biz dünyaya çağırış edirik ki, Qəzza məsələsi İslam dünyasının bir savaşıdır və eyni zamanda bu müharibə insanlığı əlaqələndirən bir məsələ kimi qəbul edilməlidir və qlobal miqyasda bütün dövlətlər bunu dayandırmaq üçün bir araya gəlməlidir”,-deyə ifadə edib.

Mücahid həmçinin jurnalistin "İsraili dayandırmaq üçün atılmalı olan addımlara hərbi müdaxilə də daxildirmi?" sualına verdiyi cavabda, "Müharibənin dayandırılması və İsrailin qəsbkar işğalına son qoyulması üçün təsirli addımlara ehtiyac var. Əlbəttə ki, mümkünsə, bu addım siyasi dialoq yolu ilə atılmalıdır. İslam dünyası müharibəyə girəcək gücdə deyil. Belə ki, ABŞ və NATO - nun İsraili dəstəklədiyini görürük”,-deyə ümumi bir savaşın mümkünlüyünü istisna edib.

Sözlərinə davam edən Mücahid, “Biz Qəzzada soyqırımı dayandırmaq və İsrail qəsbkarlığının qarşısını almaq üçün bütün təsirli vasitələrdən istifadə olunmasını istəyirik”,- deyə qeyd edib.

İslam dünyası müharibəyə girəcək gücdə deyil-Əfqanıstan İslam Əmirliyi
Məqalədə: #Qəzza #İsrail #Fələstin #Əfqanıstan İslam Əmirliyi

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.