5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya Çin istehsalı olan mühərriklə yeni kamikadze dron istehsal edib

14 Sentyabr 2024 11:51
Rusiya Çin istehsalı olan mühərriklə yeni kamikadze dron istehsal edib

Bakı, AzerVoice

Rusiya keçən il Çin mühərrikləri və hissələrini istifadə edərək Garpiya-A1 adlı yeni uzun mənzilli hücum (kamikadze) pilotsuz uçan aparatı istehsal etməyə başladığı və bu dronlardan Ukraynadakı müharibədə istifadə etdiyi iddia edilir.

AzerVoice xəbər verir ki, bu haqda Avropalı bir kəşfiyyat xidmətinin iki mənbəsi və ingilis mediasının nəzərdən keçirdiyi sənədlər əsasında məlumat yayılıb.

Yeni pilotsuz təyyarənin istehsal müqaviləsini, istehsal prosesi ilə bağlı şirkət yazışmalarını və maliyyə sənədlərini ortaya qoyan kəşfiyyat, Rusiyanın dövlət silah istehsalçısı Almaz-Antey-in törəməsi olan IEMZ Kupol-un 2023-cü ilin iyul ayından 2024-cü ilin iyul ayına qədər 2500 ədəddən çox Qarpiya istehsal etdiyini göstərir.

Çin texnologiyasını ehtiva edən yeni rus pilotsuz təyyarəsinin mövcudluğu barədə əvvəllər məlumat verilməyib.

İEMZ Kupol və Almaz-Antey iddialarla bağlı sualları cavablandırmayıb.

Vaşinqtonda yerləşən “Yeni Amerika Təhlükəsizliyi Mərkəzi”nin baş elmi işçisi Samuel Bendet Reuters agentliyinə bildirib ki, Garpiya təsdiqlənərsə, bu, Rusiyanın uzun mənzilli pilotsuz uçuş aparatları üçün İrandan asılılığının aradan qalxması deməkdir.

“Əgər bu realdırsa, bu, Rusiyanın indi daha çox yerli istehsala və Çinə daha çox arxalana biləcəyini göstərir, çünki bu müharibədə hər iki tərəf də dron istehsalı üçün bir çox Çin komponentlərindən asılıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu xəbərlə bağlı sualları cavablandırmayıb. Çin Xarici İşlər Nazirliyi Reuters-ə verdiyi açıqlamada, "Pekin pilotsuz uçuş aparatları da daxil olmaqla potensial hərbi istifadə edilmə imkanı olan məhsulların ixracına ciddi nəzarət edir",- deyə qeyd edib.

“Ukrayna böhranı ilə bağlı Çin həmişə sülh danışıqlarını və siyasi həlli təşviq etməkdə qərarlı olub”, - bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, Çinin Rusiya ilə ticarətində heç bir beynəlxalq məhdudiyyət yoxdur.

NATO-nun baş katibi Yens Stoltenberq ötən həftə Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb və bəyan edib ki, Pekinin yardımı münaqişənin davam etməsində mühüm amildir.

Rusiya Çin istehsalı olan mühərriklə yeni kamikadze dron istehsal edib
Məqalədə: #Rusiya #PUA #Çin #dron

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.