13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Xamenei ABŞ-a xəbərdarlıq edib

15 Aprel 2025 16:46
Xamenei ABŞ-a xəbərdarlıq edib

BAKI, AzerVoice

İranın ali rəhbəri Əli Xamenei ABŞ-a Omanda keçirilən dolayı danışıqlar ilə bağlı xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Xamenei hökumət, parlament və məhkəmə orqanlarının rəsmilərindən bir qrupunu qəbul edərkən bildirib ki, ölkənin məsələləri hazırda aparılan danışıqlarla əlaqələndirilməməlidir.

"İslam Respublikasının və qarşı tərəfin qırmızı xətləri tamamilə aydındır" - deyə, o bildirib.

O həmçinin qeyd edib ki, Oman vasitəçiliyi ilə aparılan danışıqlar İran Xarici İşlər Nazirliyinin həyata keçirdiyi onlarla missiyadan yalnız biridir. Xamenei vurğulayıb ki, 2015-ci il nüvə sazişində buraxılan səhv təkrarlanmamalıdır.

Xatırladaq ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ilə bağlı İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar aparılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər nüvə proqramı və qeyri-qanuni sanksiyaların qaldırılması ilə bağlı hökumətlərinin mövqelərini qarşılıqlı hörmət və konstruktiv atmosferdə bildiriblər. İran nümayəndə heyətinin üzvü bildirib ki, aparılan məsləhətləşmələr ümumilikdə uğurlu keçib.

Danışıqların növbəti mərhələsi apelin 20-də keçiriləcək.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək birbaşa nüvə danışıqları aparmağı təklif etsə də, Tehran yalnız dolayı danışıqlara açıq olduğunu, təhdid və təzyiqlər altında birbaşa görüşləri qəbul etmədiyini bildirmişdi.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Oman #Ayətulla Seyid Əli Xamenei #nüvə proqramı #İran Xarici İşlər Nazirliyi #danışıqlar #dolayı danışıqlar #Seyid Abbas Araqçi

Mövzu üzrə digər xəbərlər

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.