5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp son Rusiya-Ukrayna danışıqları haqqında məlumat verib

28 Aprel 2025 10:58
Tramp son Rusiya-Ukrayna danışıqları haqqında məlumat verib

BAKI, AzerVoice

"Rusiyanın hücumlarını davam etdirməsi məni dərindən məyus edir."

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandıran , Ukrayna Prezidenti Vladimir Zelenski ilə son görüşünün müsbət keçdiyini, lakin sülh danışıqları zamanı Rusiyanın hücumlarını davam etdirməsinin onu dərindən məyus etdiyini bildirib.

Tramp açıq şəkildə Rusiya Prezidenti Vladimir Putini tənqid edərək, "Rusiyanın raket hücumlarından çox məyus oldum. " - deyə vurğulayıb. O, Putinə çağırış edərək, "Atəş açmağı dayandır, müqavilə imzala və həyatına davam et" mesajını verib.

Jurnalistlərin “Putinə güvənirsinizmi?” sualına Tramp birbaşa cavab verməyərək, "Bu barədə sizə iki həftə ərzində məlumat verəcəyəm" - deyə cavab verib və məsələyə ehtiyatla yanaşdığını göstərib.

Tramp, eyni zamanda, Vatikanda Papa Fransiskin dəfn mərasimi ərəfəsində Ukrayna lideri ilə keçirdiyi görüşə də toxunub. O, Zelenski ilə münasibətlərinin heç vaxt pis olmadığını qeyd edib və bu dəfəki görüşün daha konstruktiv keçdiyini bildirib. "Düşünürəm ki, Zelenski indi vəziyyəti daha yaxşı anlayır və razılaşmaya daha açıqdır" -deyə əlavə edib.

Ukraynanın silah tələblərinə də münasibət bildirən Tramp, Zelenskinin ABŞ-dan daha çox silah istədiyini, lakin bu məsələdə hələ konkret qərar verilmədiyini bildirib.

İranla bağlı verdiyi açıqlamada isə Tramp, Tehranın nüvə proqramı ilə bağlı danışıqların ümidverici istiqamətdə irəlilədiyini deyib.

Bütün bunlarla yanaşı, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da Londonda keçirilən Ukrayna sülh danışıqlarının ümumilikdə müsbət keçdiyini açıqlayıb. Vatikan görüşündə isə Zelenski Trampla tam və qeyd-şərtsiz atəşkəs məsələsini müzakirə etdiklərini bildirib.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Zelenski #atəşkəs razılaşması #Rusiya-Ukrayna münaqişəsi #ABŞ-Rusiya münasibətləri #Trampın iddiaları #ABŞ Ukrayna gərginliyi 2025 #İran ABŞ danışıqları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.