8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Müharibəyə məcbur olduğumuz halda, cavab verəcəyik - Pakistan müdafiə naziri

29 Aprel 2025 09:55
Müharibəyə məcbur olduğumuz halda, cavab verəcəyik - Pakistan müdafiə naziri

BAKI, AzerVoice

Pakistanın müdafiə naziri müharibə bəyanatının təhrif olunduğunu bildirib.

AzerVoice xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaja Məhəmməd Asif Hindistanla mümkün müharibəyə dair açıqlamasının yanlış mühakimə edildiyini bildirib.

Nazir, "3-4 günün önəmini vurğuladım, lakin müharibənin bu müddətdə başlaya biləcəyini demədim", – deyə vurğulayıb.

Asif qeyd edib ki, Hindistanla münasibətlərdə gərginlik artsa da, yaxın günlərdə müharibənin başlayacağı ilə bağlı konkret proqnoz verməyib. “Əgər müharibəyə məcbur edilərsə, ölkəmiz uyğun şəkildə cavab verəcək” – deyə o bildirib.

Nazir həmçinin Hindistanın Cammu və Kəşmirin Pahalqam bölgəsindəki terror aktına dair Pakistanın birgə istintaq təklifinə cavab verməməsindən məyusluğunu ifadə edib.

Hindistanın hakim Bharatiya Janata Partiyasının parlament üzvü Nişikant Dubey isə media qarşısında iddia edib ki, 2025-ci ilin sonuna qədər Pakistan “dörd ayrı bölgəyə” bölünəcək. Onun sözlərinə görə, Pakistanın nəzarətində olan Kəşmir bölgəsi geri alınacaq və ölkə Bəlucistan, Pəncab və Puştunistan kimi hissələrə parçalanacaq. Dubey bu planın Hindistanın Baş naziri Narendra Modi tərəfindən həyata keçiriləcəyini iddia edib.

Qeyd edək ki, aprelin 22-də Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə hücumu nəticəsində 26 nəfər həlak olub. Hindistan hücumun arxasında Pakistanın dayandığını iddia edib, İslamabaddakı Pakistanlı müşavirləri ölkədən çıxarıb, viza xidmətlərini dayandırıb və bütün öncə verilmiş vizaları ləğv edib.

Pakistan bu ittihamları rədd edərək cavab tədbirləri görüb – Hindistanla ticarət əlaqələrini dayandırıb, hava məkanını bağlayıb və diplomatik heyət sayını məhdudlaşdırıb. Rəsmi İslamabad “Hind Suları Müqaviləsi”ndən kənar çaylara müdaxilənin müharibə aktı kimi qiymətləndiriləcəyini bəyan edib.

Məqalədə: #Pakistan #Hindistan #müharibə #Hindistan-Pakistan əlaqələri #Hindistan parlamenti #Hindistanın diplomatik və hərbi tədbirləri #Hindistan və Pakistan orduları arasında atışma #Kəşmir məsələsi 1947

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

7 Sentyabr 11:46

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.