7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan və ABŞ Cammu-Kəşmir gərginliyini müzakirə etdi

1 May 2025 11:41
Pakistan və ABŞ Cammu-Kəşmir gərginliyini müzakirə etdi

BAKI, AzerVoice

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Cammu və Kəşmirdəki terror aktından sonra bölgədə baş verən son hadisələri müzakirə edib.

AzerVoice xəbər verir ki, Pakistan Baş Nazirlik ofisindən verilən açıqlamada, Baş nazir Şərif ABŞ naziri Rubio ilə telefon danışığında 22 aprel hücumundan sonra Cənubi Asiya bölgəsindəki son hadisələri çatdırıb.

Pakistanın terrorizmin bütün forma və təzahürlərini pislədiyini bildirən Şərif ölkəsinin terrorla mübarizədə oynadığı rolu vurğulayıb.

Şərif Hindistanın "artıran davranışının" narahatlıq doğurduğunu deyib və Hindistanın Pakistanı terror hücumu ilə əlaqələndirmək cəhdlərini rədd edib. Hücumla bağlı şəffaf, etibarlı və qərəzsiz araşdırma tələblərini təkrarlayan Şərif ABŞ-ı “gərginliyi azaltmağa və məsuliyyətli davranmağa” çağırıb.

Hindistan hökuməti tərəfindən Hind Suları Müqaviləsinin dayandırılmasına gəlincə, Şərif Hindistanın “sudan silah kimi istifadə etməsinin” təəssüf doğurduğunu qeyd edərək, müqavilədə hər iki tərəfin öz öhdəliklərindən birtərəfli qaydada imtina etməsi ilə bağlı heç bir müddəanın olmadığını vurğulayıb.

Qeyd edək ki, aprelin 22-də Hindistanın Pahalgam bölgəsində baş verən silahlı hücum nəticəsində 26 mülki şəxs həyatını itirib. Hindistan hökuməti bu hadisənin məsuliyyətini dərhal Pakistanla əlaqəli silahlı qrupların üzərinə qoyub, lakin buna dair konkret sübut təqdim edilməyib. Bundan sonra Hindistan tərəfi sərhəddə hərbi fəallığı artırıb, müşahidə dronları ilə hava nəzarətini genişləndirib və orduya "əməliyyat azadlığı" verildiyini elan edib. Hindistan mediası isə paralel şəkildə Pakistan əleyhinə informasiya yayımına başlayıb.

Məqalədə: #ABŞ #Pakistan #Hindistan #Şahbaz Şərif #Marko Rubio #Cənubi Asiya #Cammu və Kəşmir #Kəşmir məsələsi #Kəşmir məsələsi 1947 #Kəşmir münaqişəsi 2025 #Cammu və Kəşmir siyasəti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.