4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tbilisi Vaşinqtonla əməkdaşlığı dərinləşdirmək istəyir

1 May 2025 16:45
Tbilisi Vaşinqtonla əməkdaşlığı dərinləşdirmək istəyir

BAKI, AzerVoice

Gürcüstan ABŞ ilə münasibətləri bərpa edib dərinləşdirmək niyyətindədir.

AzerVoice xəbər verir ki, Tbilisi meri və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze Gürcüstanın ABŞ ilə münasibətləri yalnız bərpa etməyə deyil, eyni zamanda daha da dərinləşdirməyə hazır olduğunu bəyan edib.

Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan hökuməti ABŞ ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində maraqlıdır. “Biz münasibətləri dərinləşdirməyə, yenidən başlamağa və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırıq. ABŞ-la münasibətlər bizim üçün vacibdir və bu əlaqələr heç kim üçün qəbuledilməz deyil” - deyə o qeyd edib.

Tbilisi meri həmçinin Gürcüstanın suveren dövlət olduğunu vurğulayaraq, heç kimin ölkədən öz maraqları üçün istifadə etməsinə imkan verilməyəcəyini qeyd edib.

“Biz Avropa və ABŞ ilə əməkdaşlıqda maraqlıyıq, lakin hansısa dominant münasibət modelinə razı deyilik. Bu yanaşmanı doğru saymırıq və qəbul etməyəcəyik”- deyə o bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2024-cü il noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığın dayandırıldığını açıqlayıb. Bu qərar, baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə 2028-ci ilin sonuna qədər üzvlük danışıqlarının gündəmə gətirilməməsi və beynəlxalq qrantlardan imtina olunması barədə bəyanatından sonra verilib. Gürcüstan hökuməti bu addımı Aİ-nin daimi təzyiqləri və daxili siyasətə müdaxilə cəhdləri ilə izah edib. Bu qərar ölkə daxilində geniş etirazlara səbəb olub.

Məqalədə: #ABŞ #Gürcüstan #Vaşinqton #Tbilisi #Gürcüstan ABŞ münasibətləri #Kaxa Kaladze #Gürcüstanın xarici siyasəti #Gürcüstan suverenliyi #İrakli Kobaxidze və Aİ siyasəti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.